Mühasib

  • Истекает 5 октябрь 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Şirkət: Beynəlxalq yükdaşıma şirkəti

İş rejimi: Tam iş günü

Vəzifə öhdəlikləri

  • Şirkətin gündəlik mühasibat əməliyyatlarının aparılması;
  • Gəlir və xərclərin düzgün uçotunun aparılması;
  • Müştəri və təchizatçılarla qarşılıqlı hesablaşmaların uçotu;
  • Debitor və kreditor borclarına nəzarət və mütəmadi üzləşmələrin aparılması;
  • Bank və kassa əməliyyatlarının aparılması;
  • Ödəniş tapşırıqlarının hazırlanması və bank əməliyyatlarının izlənilməsi;
  • Elektron qaimə-fakturaların hazırlanması, göndərilməsi və daxil olan sənədlərin yoxlanılması;
  • Müqavilə, hesab-faktura, akt və digər ilkin mühasibat sənədlərinin yoxlanılması və sistemləşdirilməsi;
  • Daşınmalar üzrə gəlir və xərclərin sənədlər əsasında düzgün əks etdirilməsi;
  • Daşıyıcı və digər logistika tərəfdaşlarından daxil olan hesab və aktların yoxlanılması;
  • Hər bir daşınma/sifariş üzrə gəlir, xərc və mənfəətin uçotunun aparılmasında iştirak;
  • Əmək haqqının hesablanması;
  • Məzuniyyət ödənişlərinin hesablanması;
  • Ezamiyyə xərclərinin və ödənişlərinin hesablanması;
  • Vergi, DSMF və digər məcburi ödənişlərin hesablanması və nəzarətdə saxlanılması;
  • Müvafiq dövlət hesabatlarının hazırlanması və təqdim edilməsi;
  • Aylıq və illik mühasibat bağlanışlarında iştirak;
  • Rəhbərliyə maliyyə və mühasibat məlumatlarının hazırlanması;
  • Mühasibat sənədlərinin düzgün arxivləşdirilməsi.

Namizədə tələblər

  • Ali təhsil — maliyyə, mühasibat uçotu, iqtisadiyyat və ya müvafiq sahə üzrə;
  • Mühasibatlıq sahəsində minimum 2–3 il iş təcrübəsi;
  • Azərbaycan Respublikasının vergi və əmək qanunvericiliyi üzrə yaxşı biliklər;
  • Əmək haqqı, məzuniyyət və ezamiyyə hesablamaları üzrə praktiki təcrübə;
  • 1C proqramında sərbəst işləmək bacarığı;
  • Microsoft Excel proqramında yaxşı işləmək bacarığı;
  • İnternet Banking və elektron dövlət portalları ilə işləmək təcrübəsi;
  • E-qaimə, hesab-faktura, akt və digər maliyyə sənədləri ilə işləmək bacarığı;
  • Debitor və kreditor borclarının idarə olunması üzrə təcrübə;
  • Azərbaycan dilində sərbəst yazılı və şifahi ünsiyyət;
  • Rus dili biliyi arzuolunandır;
  • İngilis və/və ya türk dili biliyi üstünlükdür.

Şəxsi keyfiyyətlər

  • Yüksək məsuliyyət və dəqiqlik;
  • Rəqəmlərlə işləmək və detallara diqqət yetirmək bacarığı;
  • Sənədlərlə sistemli işləmək qabiliyyəti;
  • Analitik düşüncə;
  • Tapşırıqları vaxtında yerinə yetirmək bacarığı;
  • Məxfi maliyyə məlumatları ilə işləyərkən etibarlılıq;
  • Komandada işləmək və digər şöbələrlə effektiv ünsiyyət qurmaq bacarığı;
  • Gərgin iş rejimində prioritetləri düzgün müəyyən etmək bacarığı.

Namizədin aşağıdakı istiqamətlərdə təcrübəsinin olması əlavə üstünlük hesab olunur:

  • Xarici valyutalarda (USD, EUR, TRY, RUB və s.) əməliyyatların uçotu;
  • Valyuta məzənnəsi fərqlərinin uçotu;

İş şəraiti

  • İş qrafiki:Tam məşğulluq
  • İş saatları: 09:00 – dan 18:00 -dək
  • Əmək haqqı: Görüş əsasənda müəyyənləşdiriləcəkdir
  • İş yeri: Bakı şəhəri

Əsas məqsəd: şirkətin maliyyə və mühasibat əməliyyatlarının dəqiq, vaxtında və qanunvericiliyə uyğun aparılmasını, həmçinin hər bir logistika əməliyyatı üzrə gəlir və xərclərin düzgün uçotunu təmin etmək.

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily3
  • Weekly597
  • Monthly483