TELESATIŞ MÜTƏXƏSSİSİ

  • Истекает 9 ноябрь 2026

OnWay komandasına qoşul!

OnWay şirkəti korporativ müştərilərlə əlaqələrin qurulması, yeni müştərilərin cəlb edilməsi və satışların artırılması istiqamətində çalışacaq Telesatış mütəxəssisi axtarır.

İş öhdəlikləri

·       Potensial müştərilərlə telefon zəngləri vasitəsilə əlaqə yaratmaq;

·       Şirkətlərə OnWay-in kuryer,mebel sifarişlərini və korporativ təchizat xidmətlərini təqdim etməklə sifariş qazanmaq;

·       WhatsApp və sosial şəbəkələr vasitəsilə müştərilərlə ünsiyyət qurmaq;

·       Yeni müştərilər cəlb etmək və sifarişlərin əldə olunmasını təmin etmək;

·       Müştərilərin ehtiyaclarını müəyyənləşdirmək və uyğun xidmətlər təklif etmək;

·       Kommersiya təkliflərini təqdim etmək və əməkdaşlıq imkanlarını inkişaf etdirmək;

·       Müştərilərlə aparılan danışıqların və satış nəticələrinin qeydiyyatını aparmaq.

Namizədə tələblər

·       Ünsiyyət və təqdimat bacarığı;

·       Səlis nitq və inandırma qabiliyyəti;

·       Azərbaycan dilində sərbəst danışıq;

·       Telefonla satış və müştərilərlə işləməyə maraq;

·       Kompüter və sosial şəbəkələrdən istifadə bacarığı;

·       Məsuliyyətlilik, aktivlik və nəticəyönümlülük.

Satış sahəsində təcrübəsi olan namizədlərə üstünlük verilir. Təcrübəsi olmayan, lakin öyrənməyə həvəsli namizədlər də müraciət edə bilərlər.

Müraciət qaydası

Özünü satış sahəsində inkişaf etdirmək və OnWay komandasının bir hissəsi olmaq istəyirsənsə, CV-ni aşağıdakı ünvana göndər:

E-mail: [email protected]

Şirkət: OnWay

İş yeri: Bakı

Vəzifə: Telesatış mütəxəssisi

OnWay — Sifarişiniz yoldadır!

  • Daily4
  • Weekly592
  • Monthly842