Qapıların istehsalı və satışı ilə məşğul olan şirkətimiz komandamıza Satış üzrə mütəxəssis axtarır.
Əmək haqqı: 800 AZN-dən başlayır — namizədin təcrübə və bacarıqlarına uyğun olaraq artım mümkündür.
Tələblər:
- Səlis və aydın danışıq qabiliyyəti;
- Müştərilərlə düzgün ünsiyyət qurmaq bacarığı;
- Kompüterdən sərbəst istifadə;
- Microsoft Word, Excel və PowerPoint proqramlarını yaxşı səviyyədə bilmək;
- Rus dili biliyi üstünlükdür;
- Ali təhsil;
- 20–35 yaş;
- Komanda ilə işləmək bacarığı;
- Stressli və operativ iş şəraitində sakit və effektiv işləmək bacarığı;
- Məsuliyyətli, diqqətli və nəticəyönümlü olmaq.
Vəzifə öhdəlikləri:
- Müştərilərlə uzunmüddətli və effektiv münasibətlərin qurulması və qorunması;
- Müqavilələrin hazırlanması və bağlanması;
- Müştərinin “satış”dan “məhsulun təhvili”nədək nəzarətdə saxlanması;
- Müştərilərə videomaterialların göndərilməsi;
- Vaxtında ödənişlərin edilməsi və ödənməmiş borclar barədə xatırlatmaların edilməsi;
Biz sizə nə təklif edirik?
- 800 AZN-dən başlayan əmək haqqı;
- Peşəkar inkişaf və öyrənmə imkanı;
- İşində uğurlu olan əməkdaşlar üçün əmək haqqının artırılması;
- Uzunmüddətli əməkdaşlıq və karyera yüksəlişi imkanı;
- Rahat və müasir ofis şəraiti;
- Komanda daxilində dəstək və işə uyğunlaşma üçün lazımi şərait.
Əlaqə +994 55 608 45 55 - Vüqar bəy