OpenOptix OpenOptix

OpenOptix

Sənaye

İstehsalat üzrə tester

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İstehsalat üzrə tester

  • Deadline 16 May 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vəzifə və öhdəliklər

  • Optik modulların test avadanlıqları vasitəsilə yoxlanılmasını həyata keçirmək 
  • Test cihazlarını (optik güc ölçən, BER tester və s.) təlimata uyğun istifadə etmək 
  • Test nəticələrini düzgün şəkildə sistemə və ya qeydiyyat formalarına daxil etmək 
  • Qüsurlu və ya standartlara uyğun olmayan məhsulları aşkar edərək rəhbərliyə məlumat vermək 
  • Test zamanı müəyyən edilmiş prosedur və təlimatlara (SOP) riayət etmək 
  • Test prosesində yaranan problemləri vaxtında bildirmək
  • Test prosesində səhvləri minimuma endirmək və düzgün nəticələrin əldə olunmasını təmin etmək 
  • Məhsulların keyfiyyət standartlarına uyğunluğunu yoxlamaq və qüsurlu məhsulları vaxtında aşkar etmək
  • Test nəticələrinin dəqiq qeydə alınmasını və izlənməsini təmin etmək 
  • İş sahəsinin təmiz və səliqəli saxlanılmasını təmin etmək 
  • Avadanlıqlardan düzgün və təhlükəsiz istifadə etmək 
  • Komanda ilə koordinasiyalı və məsuliyyətli şəkildə işləmək
  • Vəzifə funksiyaları çərçivəsində rəhbər tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək

Tələblər

  • Təhsil: Minimum orta təhsil (və ya daha yüksək)
  • Təcrübə: Elektronika və ya əlaqəli sahə üzrə ilkin biliklər (əsas komponentlər, sadə sxemlər barədə anlayış) arzuolunandır, lakin tələb olunmur (təlim təmin ediləcək) 
  • Yüksək dəqiqliklə əl bacarığı və incə işlərdə dəqiqlik; pincet və lehimləmə alətləri ilə işləmə bacarığı
  • Elektron komponentlər haqqında ilkin biliklər
  • Təlimatlara əməl etmə və istehsal xətti mühitinə uyğunlaşma bacarığı
  • Test avadanlıqları ilə işləmə və onların düzgün istifadəsini öyrənmə bacarığı 
  • Test nəticələrini (ölçü göstəriciləri, parametrlər və s.) anlama və düzgün qeyd etmə bacarığı
  • Texniki təlimatları (SOP) oxuma, anlama və tətbiq etmə bacarığı 

Dil bilikləri:

  • Azərbaycan dili – mütləq 
  • Digər xarici dilləri bilmək üstünlük hesab olunur, lakin tələb olunmur

Səriştələr:

  • Güclü təşkilatçılıq və planlama bacarıqları 
  • Analitik düşünmə və problemlərin həlli bacarığı 
  • Qərarvermə və prioritetləşdirmə qabiliyyəti 
  • Yüksək məsuliyyət hissi və nəticəyönümlü yanaşma 
  • Effektiv ünsiyyət və komanda ilə əməkdaşlıq bacarığı 
  • Dəqiqlik və detallara diət (xüsusilə inventar idarəetməsində) 
  • Stress altında işləmə və dəyişikliklərə uyğunlaşma bacarığı 
  • Vaxtın effektiv idarə olunması və çoxsaylı tapşırıqların koordinasiyası 

İmkanlar və Əlavə Qeydlər

  • Könüllü tibbi sığorta
  • Karyera inkişafı və peşəkar təlim imkanları
  • Beynəlxalq texnologiya tərəfdaşları ilə işləmək imkanı
  • İrimiqyaslı istehsalat və texnologiya layihələrində iştirak
  • Təşəbbüs və innovativ ideyalara dəstək
  • 5 günlük iş qrafiki (09:00–18:00)
  • İş yeri: istehsalat sahəsi 

Müraciət Prosesi

  • Cari vakansiyanın “adını” e-poçtun Mövzu/Subject bölməsində qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına CV göndərməklə müraciət edə bilərsiniz. 
  • Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
  • Daily64
  • Weekly544
  • Monthly1637