OpenOptix OpenOptix

OpenOptix

Sənaye

Yığım üzrə operator

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Yığım üzrə operator

  • Истекает 16 май 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Vəzifə və öhdəliklər

  • 1G–100G optik transceiver modullarının istehsal standartlarına uyğun şəkildə yığılmasını həyata keçirmək 
  • Daxili komponentlərin (lazer diodları, fotodetektorlar, PCB-lər və s.) dəqiq yığımına və lehimlənməsini yerinə yetirmək 
  • Müvafiq alətlərdən istifadə edərək yığım proseslərini icra etmək (pincet, lehimləmə avadanlığı və s.) 
  • Test komandası ilə əməkdaşlıq edərək ilkin yoxlamalarda iştirak etmək və hər hansı uyğunsuzluqları vaxtında bildirmək 
  • Optik transceiver modullarının istehsal planına uyğun olaraq vaxtında və keyfiyyət standartlarına cavab verən şəkildə yığılmasını təmin etmək 
  • Yığım prosesində səhvləri minimuma endirmək 
  • Məhsul keyfiyyətinin sabitliyini qorumaq və defekt faizini aşağı səviyyədə saxlamaq
  • Təmiz otaq (cleanroom) qaydalarına, təhlükəsizlik və ESD tələblərinə riayət etmək 
  • İş sahəsinin təmiz və səliqəli saxlanılmasını təmin etmək
  • İstehsalat xəttinin səmərəliliyini artırmaq üçün komanda ilə effektiv əməkdaşlıq etmək 
  • Verilən təlimlər əsasında texniki bilik və bacarıqları davamlı olaraq inkişaf etdirmək
  • Vəzifə funksiyaları çərçivəsində rəhbər tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək

Tələblər

  • Təhsil: Minimum orta təhsil (və ya daha yüksək)
  • Təcrübə: Təcrübə arzuolunandır, lakin tələb olunmur (təlim təmin ediləcək)
  • Yüksək dəqiqliklə əl bacarığı və incə işlərdə dəqiqlik; pincet və lehimləmə alətləri ilə işləmə bacarığı
  • Elektron komponentlər haqqında ilkin biliklər arzu olunandır.
  • Texniki təlimatları (SOP) oxuma, anlama və tətbiq etmə bacarığı 

Dil bilikləri:

  • Azərbaycan dili – mütləq 
  • Digər xarici dilləri bilmək üstünlük hesab olunur, lakin tələb olunmur

Səriştələr:

  • Güclü təşkilatçılıq və planlama bacarıqları 
  • Analitik düşünmə və problemlərin həlli bacarığı 
  • Qərarvermə və prioritetləşdirmə qabiliyyəti 
  • Yüksək məsuliyyət hissi və nəticəyönümlü yanaşma 
  • Effektiv ünsiyyət və komanda ilə əməkdaşlıq bacarığı 
  • Səbrli və diqqətli işləmə qabiliyyəti (xüsusilə incə yığım işlərində) 
  • Stress altında işləmə və dəyişikliklərə uyğunlaşma bacarığı 
  • Vaxtın effektiv idarə olunması və çoxsaylı tapşırıqların koordinasiyası 

İmkanlar və Əlavə Qeydlər

  • Könüllü tibbi sığorta
  • Karyera inkişafı və peşəkar təlim imkanları
  • Beynəlxalq texnologiya tərəfdaşları ilə işləmək imkanı
  • İrimiqyaslı istehsalat və texnologiya layihələrində iştirak
  • Təşəbbüs və innovativ ideyalara dəstək
  • 5 günlük iş qrafiki (09:00–18:00)
  • İş yeri: istehsalat sahəsi 

Müraciət Prosesi

  • Cari vakansiyanın “adını” e-poçtun Mövzu/Subject bölməsində qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına CV göndərməklə müraciət edə bilərsiniz. 
  • Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
  • Daily0
  • Weekly480
  • Monthly1573