Orbita Academy komandamıza Avropada təhsil sahəsində minimum 1 il real iş təcrübəsi olan konsultant axtarırıq.
Tələblər
- Məsuliyyətli, işinə ciddi yanaşan və şirkət dəyərlərini anlayaraq düzgün təmsil edən biri olmaq;
- Avropa ölkələri və universitetləri haqqında geniş praktik bilik;
- DAAD, Stipendium Hungaricum və digər təqaüd proqramları üzrə məlumatlılıq;
- Real müraciət təcrübəsi və alınmış qəbul nəticələri;
- Qəbul və sənədləşmə prosesinə bələdlik;
- Güclü kommunikasiya və araşdırma bacarığı;
- Avropada təhsil almış namizədlərə üstünlük verilir.
Öhdəliklər
- Tələbələrə fərdi təhsil konsultasiyası vermək;
- Tələbənin profilinə uyğun ölkə, universitet və proqramları müəyyənləşdirmək;
- Təqaüd imkanlarını araşdırmaq və müraciət prosesini idarə etmək;
- Universitet müraciətlərini və sənədləşmə prosesini koordinasiya etmək;
- Tələbələri müraciət prosesinin sonuna və qəbul nəticəsinə qədər müşayiət etmək.
Şərtlər
- Bazar ertəsi – Cümə: 10:00–19:00
- Şənbə: 10:00–14:00
- Bazar: İstirahət günü
CV-ni “Avropada Təhsil üzrə Konsultant” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin.
Nömrəyə göndərilən CV-lər nəzərə alınmayacaq.