Aptek Satış Nümayəndəsi

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Aptek Satış Nümayəndəsi

  • Deadline 2 Mart 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Komandamıza Aptek Satış Nümayəndəsi axtarırıq.

İş şəraiti

  • Şirkət: Orzax / BioHerbalBaku
  • İş yeri: Bakı / Yaş aralığı: 25 - 40
  • İş rejimi: Tam ştat (sahə işi)

Vəzifənin məqsədi

  • Aptek Satış Nümayəndəsi Orzax məhsullarının apteklərdə mövcudluğunu, rəf üzərində düzgün təqdimatını və satışını təmin edən sahə əməkdaşıdır. Bu vəzifə yalnız apteklərlə işləyir və satış strategiyasının sahədə birbaşa icraçısıdır.

İş öhdəlikləri

  • Məsul olduğu bölgədə apteklərlə planlı və müntəzəm ziyarətlərin həyata keçirilməsi
  • Apteklərdən sifarişlərin toplanması, satış hədəflərinin icrası, gündəlik
    ziyarət və satış fəaliyyətlərinin sistemə daxil edilməsi
  • Yeni apteklərin portfelə daxil edilməsi və mövcud apteklərlə davamlı əməkdaşlığın qurulması
  • Məhsulların apteklərdə düzgün rəf görünürlüyü və mövcudluğunun təmin edilməsi
  • Kampaniya, promosyon və satış təşviqi fəaliyyətlərinin apteklərdə tətbiqi
  • Aptek stoklarının izlənməsi və çatışmazlıqların vaxtında bildirilməsi
  • Rəqib məhsulların qiymət və kampaniya aktivliklərinin izlənməsi və hesabatlanması
  • Medikal və satış (aptek) komandası ilə koordinasiyalı şəkildə işləmək

Namizədə tələblər

Təhsil: Minimum orta ixtisas təhsili tələb olunur, ali təhsil üstünlük hesab edilir.

Təcrübə: 

  • Təcrübəsiz namizədlər: aptek satışları sahəsində işləməyə maraqlı, öyrənməyə açıq
  • Təcrübəli namizədlər: minimum 2 il aptek satışları və ya OTC sahəsində təcrübə 

Digər tələblər:

  • Apteklərlə effektiv və nəticə yönümlü kommunikasiya bacarığı
  • Səyyar iş rejiminə uyğunluq
  • Dil bilikləri (ingilis və ya rus dili) üstünlükdür

Təklif etdiklərimiz 

  • 700 – 1100 AZN əmək haqqı (təcrübəyə görə fərqlənir) 
  • Premya sistemi
  • Yemək kartı
  • Benzin kartı
  • Geyim dəstəyi
  • Davamlı təlim və inkişaf imkanları
  • Güclü beynəlxalq brend və peşəkar komanda ilə işləmək imkanı

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily66
  • Weekly346
  • Monthly353