Şirkət: Orzax / BioHerbalBaku
İş rejimi: Tam ştat (sahə işi)
Vəzifənin məqsədi
- Aptek Satış Nümayəndəsi Orzax məhsullarının apteklərdə mövcudluğunu, rəf üzərində düzgün təqdimatını və satışını təmin edən sahə əməkdaşıdır. Bu vəzifə yalnız apteklərlə işləyir və satış strategiyasının sahədə birbaşa icraçısıdır.
İş öhdəlikləri
- Məsul olduğu bölgədə apteklərlə planlı və müntəzəm ziyarətlərin həyata keçirilməsi
- Apteklərdən sifarişlərin toplanması, satış hədəflərinin icrası, gündəlik ziyarət və satış fəaliyyətlərinin sistemə daxil edilməsi
- Yeni apteklərin portfelə daxil edilməsi və mövcud apteklərlə davamlı əməkdaşlığın qurulması
- Məhsulların apteklərdə düzgün rəf görünürlüyü və mövcudluğunun təmin edilməsi
- Kampaniya, promosyon və satış təşviqi fəaliyyətlərinin apteklərdə tətbiqi
- Aptek stoklarının izlənməsi və çatışmazlıqların vaxtında bildirilməsi
- Rəqib məhsulların qiymət və kampaniya aktivliklərinin izlənməsi və hesabatlanması
- Medikal və satış (aptek) komandası ilə koordinasiyalı şəkildə işləmək
Namizədə tələblər
- Yaş aralığı: 25 - 40
- Təhsil: Minimum orta ixtisas təhsili tələb olunur, ali təhsil üstünlük hesab edilir.
Təcrübə:
- Təcrübəsiz namizədlər: aptek satışları sahəsində işləməyə maraqlı, öyrənməyə açıq
- Təcrübəli namizədlər: minimum 2 il aptek satışları və ya OTC sahəsində təcrübə
Digər tələblər:
- Apteklərlə effektiv və nəticə yönümlü kommunikasiya bacarığı
- Səyyar iş rejiminə uyğunluq
- Dil bilikləri (ingilis və ya rus dili) üstünlükdür
Təklif etdiklərimiz
- 700 – 1100 AZN əmək haqqı (təcrübəyə görə fərqlənir)
- Premya sistemi
- Yemək kartı
- Benzin kartı
- Geyim dəstəyi
- Davamlı təlim və inkişaf imkanları
- Güclü beynəlxalq brend və peşəkar komanda ilə işləmək imkanı
Mövzü hissəsində vakansiya adını qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin.