Medikal Tanıtım Nümayəndəsi

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Medikal Tanıtım Nümayəndəsi

  • Deadline 6 May 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Komandamıza Medikal Tanıtım Nümayəndəsi axtarırıq.

İş şəraiti

  • Şirkət: Orzax / BioHerbalBaku
  • İş yeri: Bakı 
  • İş rejimi: Tam ştat (sahə işi)

Vəzifənin məqsədi

  • Medikal Tanıtım Nümayəndəsi Orzax məhsullarının həkimlərə elmi əsaslarla tanıdılmasını təmin edən və sahədə medikal strategiyanın birbaşa icraçısıdır.  Bu vəzifə satış yönümlü deyil; əsas məqsəd Orzax məhsullarının həkimlər tərəfindən elmi əsaslarla tövsiyə olunmasını təmin etməkdir.

İş öhdəlikləri

  • Məsul olduğu bölgədə hədəf həkimlərə (nevroloq, pediatr, ginekoloq, endokrinoloq, kardioloq, terapevt və s.) Orzax məhsullarının elmi və klinik üstünlüklərini, məhsul prioritetlərinə uyğun olaraq fokuslu və ardıcıl şəkildə təqdim etmək
  • Şirkət tərəfindən müəyyən edilmiş hədəf həkim siyahısı üzrə planlı ziyarətlərin icrası və fəaliyyətlərin gündəlik qeydiyyatının aparılması
  • Həkimlərdən gələn elmi sual və etirazların beynəlxalq mənbələr və sübutlara əsaslanaraq cavablandırılması
  • Elmi məqalələr və klinik araşdırmalar əsasında təqdimatların hazırlanması və icrası
  • Həkimlərdən alınan medikal geri bildirimlərin sistemli şəkildə mərkəzə ötürülməsi
  • Təlimlərdə və elmi toplantılarda aktiv iştirak etmək
  • Satış (aptek) komandası ilə koordinasiyalı şəkildə işləmək

Namizədə tələblər

  • Yaş aralığı: 25 – 40
  • Təhsil (aidiyyatlı ixtisaslar): Tibb, Əczaçılıq, Biologiya, Kimya, Biotexnologiya, Qidalanma və Dietologiya və digər səhiyyə/bioloji elmlər üzrə ali təhsil.

Təcrübə:

  • Təcrübəsiz namizədlər: elmi mövzulara real marağı olan, özünü inkişaf etdirməyə açıq və həkimlərlə işləməyə psixoloji cəhətdən hazır
  • Təcrübəli namizədlər: minimum 2 il medikal tanıtım və ya əlaqəli sahə üzrə təcrübə

Digər tələblər:

  • Həkimlərlə peşəkar kommunikasiya bacarığı
  • Elmi mətnləri anlama və izah etmə qabiliyyəti
  • Səyyar iş rejiminə uyğunluq
  • MS Office bilikləri
  • Dil bilikləri (ingilis və ya rus dili) üstünlükdür

Təklif etdiklərimiz

  • 800 – 1500 AZN əmək haqqı (təcrübəyə görə fərqlənir)
  • Premya sistemi
  • Yemək kartı
  • Benzin kartı
  • Geyim dəstəyi
  • Davamlı təlim və inkişaf imkanları
  • Güclü beynəlxalq brend və peşəkar komanda ilə işləmək imkanı

Bu vakansiya kimlər üçün Deyil

  • “Sadəcə satış etmək istəyirəm” deyənlər
  • Elmi mövzulara maraqsız olanlar
  • Həkim qarşısında özünü rahat və peşəkar ifadə edə bilməyənlər

Bu vəzifə sahədə Orzax brendinin elmi təmsilçisidir.

Mövzü hissəsində vakansiya adını qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin. 

  • Daily0
  • Weekly128
  • Monthly512