Ofis Mətbəx Koordinatoru (Office Kitchen Coordinator)

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Ofis Mətbəx Koordinatoru (Office Kitchen Coordinator)

  • Deadline 3 Dekabr 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Bioherbal Baku MMC Türkiyənin aparıcı “Orzax” markasının Azərbaycandakı rəsmi distribütorudur. Şirkətimiz yüksək peşəkar standartlar, sağlam iş mühiti və beynəlxalq korporativ dəyərləri ilə seçilir.

Hazırda komandamıza qonaqpərvərlik və mətbəx idarəçiliyi üzrə məsuliyyətli, mədəni və enerjili əməkdaş axtarırıq.

Əsas vəzifə öhdəlikləri:

  • Şirkət qonaqlarını peşəkar və mehriban şəkildə qarşılamaq;
  • Qonaqlara və əməkdaşlara çay, qəhvə, su və s. hazırlanması və təqdimatı;
  • Gündəlik çay, qəhvə fasilələrinin vaxtında təşkili və koordinasiyası;
  • Mətbəx və lounge zonasında təmizlik, səliqə və gigiyena standartlarının qorunması;
  • Qabların yuyulması, düzgün yerləşdirilməsi və mətbəx avadanlıqlarının işlək vəziyyətdə saxlanılması;
  • Sadə qəlyanaltıların hazırlanması və təqdimatı (korporativ tədbirlər zamanı);
  • Təmizlik və mətbəx ləvazimatlarının tədarük planının aparılması, ehtiyacların vaxtında bildirilməsi; 
  • Qonaq otağı və mətbəx üçün “hospitality standard checklist” üzrə gündəlik nəzarət.

Namizəd üçün tələblər:

  • Xanım namizəd, 30–45 yaş aralığında;
  • Yüksək davranış və ünsiyyət mədəniyyəti, pozitiv və gülərüz;
  • Dəqiqlik, səliqə və məsuliyyət hissi;
  • Oxşar vəzifədə (ofis, mehmanxana, diplomatik nümayəndəlik və s.) minimum 3 il təcrübə;
  • Komanda ilə işləmə bacarığı və korporativ etika qaydalarına riayət;
  • Mətbəx və gigiyena standartları barədə ümumi biliklər.

İş şərtləri:

  • İş yeri: Orzax (bioherbalbaku mmc), Bakı şəhəri
  • İş qrafiki: Bazar ertəsi – Cümə, 09:00 – 18:00
  • Maaş aralığı: 500 – 700 AZN (performans və davranışa əsasən bonus imkanı ilə)
  • Rahat, müasir və etik ofis mühiti
  • Dostyana kollektiv və dəstəkçi rəhbərlik

Uyğun namizədlərdən “Ofis Mətbəx Koordinatoru” başlığı ilə CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.

  • Daily141
  • Weekly368
  • Monthly389