Şirkət: Orzax / BioHerbal Baku
İş yeri: Bakı
İş rejimi: Tam ştat
Vəzifənin məqsədi
- Medical & Strategic Product Manager şirkətin məhsul portfelinin elmi, strateji və kommersiya inkişafını idarə edən əsas funksional roldur. Vəzifənin məqsədi məhsulların həkim və aptek kanalında düzgün mövqeləndirilməsi, bazar payının artırılması, elmi kontentin idarə edilməsi və satış komandalarının strateji dəstəklənməsidir.
İş öhdəlikləri
Strateji məhsul və portfel idarəçiliyi
- Məhsul portfeli üzrə illik strateji və marketinq planlarının hazırlanması
- Məhsulların həyat dövrü analizinin aparılması və inkişaf strategiyalarının qurulması
- Məhsulların prioritetləşdirilməsi və portfel optimizasiyası
Medical marketing və elmi fəaliyyətlər
- Məhsullar üzrə elmi kontentin hazırlanması və idarə olunması
- Klinik tədqiqatların və elmi məlumatların təhlili
- Həkim seqmentasiyası və elmi kommunikasiya strategiyasının qurulması
- Seminar və konfrans fəaliyyətlərinin koordinasiyası
Bazar analitikası və məhsul inkişafı
- Bazar ölçüsü, artım potensialı və rəqib strategiyalarının təhlili
- Yeni məhsullar üzrə bazar və elmi analizlərin aparılması
- Məhsul lansman strategiyalarının hazırlanması və performansın monitorinqi
Satış və daxili koordinasiya
- Satış komandası üçün strateji təqdimat və satış planlarının hazırlanması
- Məhsullar üzrə qiymət və rentabellik analizlərinin aparılması
- Satış, marketinq, ruhsatlandırma və istehsalçı tərəfdaşlarla koordinasiya
- Məhsul performansı üzrə hesabatların hazırlanması
Namizədə tələblər
- Təhsil (aidiyyatlı ixtisaslar): Tibb, Əczaçılıq, Biologiya, Kimya, Biotexnologiya, Qidalanma və dietologiya və ya əlaqəli sahələr üzrə ali təhsil.
Təcrübə
- Təcrübəsiz namizədlər: elmi mövzulara real marağı olan, özünü inkişaf etdirməyə açıq və psixoloji cəhətdən hazır.
- Təcrübəli namizədlər: Product management, medical marketing və ya əlaqəli sahədə minimum 1 il iş təcrübəsi
- OTC, BAQM və ya dərman sektorunda təcrübə üstünlükdür
Peşəkar bacarıqlar
- Analitik və strateji düşünmə qabiliyyəti
- Elmi məlumatlarla işləmə və interpretasiya bacarığı
- Təqdimat və elmi kommunikasiya bacarığı
- Layihə və portfel idarəetmə bacarığı
- Komanda koordinasiyası və liderlik bacarıqları
- MS Office və analitik alətlərlə işləmə bacarığı
- İngilis dili biliyi üstünlükdür
Təklif etdiklərimiz
- 1300 – 2000 AZN əmək haqqı (təcrübəyə görə fərqlənir)
- Premya sistemi
- Benzin kartı (Avtomobili varsa)
- Davamlı təlim və inkişaf imkanları
- Güclü beynəlxalq brend və peşəkar komanda ilə işləmək imkanı
Bu vakansiya kimlər üçün deyil
- Yalnız operativ satış və ya sahə fəaliyyəti ilə məşğul olmaq istəyənlər
- Analitik və strateji düşünmə bacarığı zəif olan namizədlər
- Elmi kontent və medical marketing fəaliyyəti ilə işləmək istəməyənlər
Bu vəzifə sahədə Orzax brendinin elmi təmsilçisidir.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.