Vəzifə öhdəlikləri:
- İzləyici və müştəri əlaqələrinin idarə olunması:
- Mesaj və şərhlərə vaxtında cavab vermək, müştəri məmnuniyyətini təmin etmək.
- Mənfi rəylərin idarə olunması və reputasiya qorunması prosesini nəzarət etmək.
- Satış və Marka meneceri ilə bərabər işləmək.
- Sorğuların CRM-də qeydiyyatının aparılması və aylıq hesabatların hazırlanması
- Paylaşımların plana uyğun vaxtında yerləşdirilməsini təmin etmək.
Tələblər:
- Marketinq, İctimaiyyətlə əlaqələr, Biznes idarəçiliyi və ya oxşar sahə üzrə ali təhsil.
- SMM və ya rəqəmsal marketinq sahəsində minimum 1 il iş təcrübəsi.
- Azərbaycan dilinin qrammatikasına və orfoqrafiyasına mükəmməl şəkildə hakim olmaq. (Rus dili üstünlükdür)
- Komandada effektiv işləmə qabiliyyəti.
- Yüksək məsuliyyət hissi, operativlik və diqqətlilik.
- Güclü kommunikasiya və yazılı ifadə bacarığı.
- Excel və ya Google Sheets ilə hesabat hazırlama bacarığı.
- Korporativ üslubda kommunikasiya bacarığı
- Sosial media alqoritmləri və trendləri haqqında məlumatlı olmaq.
- Müxtəlif sosial media platformalarının (Instagram, Facebook, TikTok, LinkedIn, YouTube və s.) idarə edilməsi üzrə təcrübə.
Biz nə təklif edirik:
- Peşəkar Rəqəmsal və Marketinq komandasında yeni təcrübələr
- Nahar şirkət tərəfindən verilir
- Korporativ nömrə
- İş qrafiki: Bazar ertəsi – Cümə saat 09:00-18:00
- İşə qəbul Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən tam rəsmi qaydada aparılır
- Əməkhaqqı 600 AZN + bonus
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.