Videoqraf

  • Истекает 8 май 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

2004-cü ildə fəaliyyətə başlayan Orzax, elmi sübutlara əsaslanan və beynəlxalq standartlara uyğun istehsal olunan qida əlavələri ilə bu gün 50-dən çox ölkədə fəaliyyət göstərən beynəlxalq markadır. Orzax, son 7 il ərzində Türkiyədə OTC (reseptsiz məhsullar) seqmentində lider mövqeyini qoruyaraq bazarda güclü mövqeyə sahibdir.

Azərbaycanda Orzax brendinin rəsmi nümayəndəsi olan BioHerbalBaku MMC, məhsulların aptek kanalında düzgün mövqeləndirilməsini və stabil satışını təmin edən strukturlaşmış satış strategiyası ilə fəaliyyət göstərir.

Orzax şirkəti üçün kreativ və məsuliyyətli Videoqraf axtarırıq. 

Vəzifə öhdəlikləri:

  • Apteklərdə və satış nöqtələrində video çəkilişlərin həyata keçirilməsi 
  • Çöl (outdoor) çəkilişlərinin planlanması və icrası 
  • Ofis daxilində podkast çəkilişlərinin təşkili və çəkilişi 
  • Məhsul (product) videolarının hazırlanması (promo, reklam, sosial media üçün) 
  • Çəkilmiş materialların montajı və post-produksiya işləri 
  • Video kontentlərin brend strategiyasına uyğun hazırlanması 
  • Sosial media üçün qısa formatlı (Reels, TikTok və s.) videoların hazırlanması 

Tələblər:

  • Video çəkilişi və montaj sahəsində minimum 1-2 il təcrübə 
  • Kamera, işıq və səs avadanlıqları ilə işləmə bacarığı 
  • Adobe Premiere Pro, After Effects və ya digər montaj proqramlarında işləmək bacarığı 
  • Kreativ düşüncə və vizual zövq 
  • Komanda ilə işləmə və vaxtın düzgün idarə olunması bacarığı 
  • Səyyar çəkilişlər üçün hazır olmaq 

Üstünlüklər:

  • Qida əlavələri və ya tibbi sahədə təcrübə 
  • Sosial media trendlərini izləmək və tətbiq etmək bacarığı 
  • Motion design və ya basic animasiya bilikləri 

Təklif edirik:

  • Əmək haqqı 700-900 AZN (müsahibə əsasında) 
  • Kreativ və dinamik iş mühiti 
  • Peşəkar inkişaf imkanları 
  • Müasir avadanlıqlarla işləmək imkanı 
  • İş günləri I-V 09.00-18.00

Müraciət:

CV və portfolionuzu (video işləriniz) Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərsiniz.

  • Daily2
  • Weekly525
  • Monthly909