Avtomobil Satış Mərkəzimizə satış sahəsində təcrübəli və ya bu sahəyə maraqlı olan Satış Meneceri tələb olunur.
Vəzifə Öhdəlikləri:
- Mağazaya daxil olan müştərilərə avtomobillərin təqdim olunması və satışın həyata keçirilməsi
- Kassa əməliyyatlarının düzgün və vaxtında aparılması
- Müştəri tələbatının təhlili və uyğun məhsulların tövsiyə edilməsi
- Günlük satış və kassa hesabatlarının hazırlanması
- Rəhbərliyin verdiyi digər əməliyyat tapşırıqlarının icrası
Tələblər:
- BƏY namizədlər tələb olunur
- Avtomobil satışı sahəsində təcrübə
- Səlis nitq, məsuliyyətlilik və dürüstlük
- Riyazi hesablamalarda dəqiqlik
- Komanda ilə işləmə bacarığı
- Bacarıqlı, ünsiyyətcil və gülərüz olmaq
- Yeniliklərə açıq olmaq
İş şəraiti:
- Əmək haqqı 600 azn+bonus
- Həftə içi günlər saat 09:00-dan 18:00-dək
- Şənbə günü 10:00-dan 16:00-dək
- Rəsmi əmək müqaviləsi
- Rahat və motivasiyaedici iş mühiti
- Karyera inkişafı imkanı
Müraciət üçün CV-nizi mövzu hissəsində “Satış Meneceri” qeyd etməklə Müraciət Et düyməsində göstərilən e-mail ünvanına göndərə və ya telefon nömrəsi (070 319 04 04) ilə əlaqə saxlaya bilərsiniz. İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.