“Oven Food Bakery” MMC -18°C temperaturda fəaliyyət göstərən soyuq anbar üçün təcrübəli anbardar axtarır.
İş yeri: Soyuq anbar
İş qrafiki: Növbəli (səhər və gecə növbəsi)
Əsas vəzifələr:
- Anbara daxil olan və çıxan malların qəbul və təhvil prosesinə nəzarət etmək
- Qaimələr və sənədlərlə düzgün işləmək
- Anbar uçotunu aparmaq və nizam-intizamı təmin etmək
- Malların düzgün yerləşdirilməsinə və saxlanmasına nəzarət etmək
- Kompüter üzərindən anbar əməliyyatlarını icra etmək
Tələblər:
- Minimum 5 il anbardar kimi iş təcrübəsi
- Kompüter biliyi mütləqdir
- Qaimələrlə sərbəst işləmə bacarığı
- Məsuliyyətli və intizamlı olmaq
- Soyuq anbar şəraitində işləməyə hazır olmaq (-18°C)
- Verilmiş sifariş qaimələrinə əsasən məhsuları logistikaya təhvil vermək
Əmək haqqı:
- 1-ci ay: 800 AZN (net)
- 2-ci ay: 900 AZN (net)
- 3-cü aydan etibarən: 1000 AZN (net)
Uyğun namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə və ya əlaqə nömrəsi vasitəsilə müraciət edə bilərlər.
Əlaqə: +994 256 01 03