Oven Food Bakery Oven Food Bakery
Oven Food Bakery

Oven Food Bakery

Food Products

İnsan resursları əməliyyatları üzrə aparıcı mütəxəssis

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İnsan resursları əməliyyatları üzrə aparıcı mütəxəssis

  • Deadline 14 August 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vəzifə öhdəlikləri:

  • İşdən azad olunan əməkdaşların son haqq-hesab ödənişlərinin həyata keçirilməsi; 
  • İş vaxtının rejimi üzrə qrafiklərin Qanunvericiliyin tələblərinə uyğun olaraq effektiv formada qurulması və idarə edilməsi; 
  • İllik məzuniyyətlərin elektron sistemdə qeydiyyata alınması və təsdiqlənməsi;
  • İşdən çıxan işçilərin şəxsi işlərinin arxivlənməsi, ƏMAS altsistemində xitamın icrası, işçilərlə çıxış müsahibəsinin aparılması;
  • ƏMAS sistemində və E-gov portalında əməliyyatların icra edilməsi; 
  • Əmək qanunvericiliyinə əsasən işçilərin işə qəbulu, işdən azad edilməsi, işçi qovluqlarının və əmək müqavilələrinin hazırlanması; 
  • İşçilərin şəxsi işlərinin yenilənməsi və dəyişikliklərin müntəzəm olaraq aparılması; 
  • Məlumat bazasının mütəmadi yenilənməsi; 
  • Arayışların, xəstəlik vərəqələrinin və çıxarışların hazırlanması və qeydiyyatı; 
  • Məzuniyyət və əmək qabiliyyətinin itirilməsi üzrə müvafiq hesablamaların hazırlanması; 
  • Əmrlərin (qərarların) hazırlanması və onların qeydiyyatının aparılması;
  • Kadr ehtiyat bazasının yaradılması və yenilənməsi; 
  • Aylıq, rüblük, yarımillik və illik hesabatların hazırlanması.

Namizədə olan tələblər:

  • Ali təhsil (müvafiq sahə üzrə) 
  • İnsan Resurslarını haqda nəzəri və praktiki biliyə sahib olması;
  • Azərbaycan dili əla, ingilis dili biliyi yaxşı səviyyədə;
  • Müvafiq sahə üzrə 3 il iş təcrübəsi;
  • Microsoft Office (Word/Excel/PowerPoint) 
  • Əmək Qanunvericiliyini yaxşı səviyyədə bilməli;
  • Güclü qərar qəbul etmə bacarığı;
  • Yüksək səviyyədə yazılı və şifahı ünsiyyət bacarığı;
  • Komandada işləmək bacarığı.
  • Problem həll etmə bacarığı.

İş şəraiti  

  • İş qrafiki: I-VI günlər;
  • Əmək haqqı: Müsahibə zamanı razılaşmaya əsasən təyin olunacaq
  • Korporativ nömrə: Şirkət tərəfindən təmin edilir.
  • Servis xidməti: Şirkət tərəfindən təmin edilir;
  • Ünvan: Bakı şəhəri, Balaxanı Sənaye Kompleksi.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “İnsan resursları əməliyyatları üzrə aparıcı mütəxəssis” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. 

  • Daily116
  • Weekly328
  • Monthly1487