Öhdəliklər:
- Mühasibat uçotu üzrə ilkin sənədləşmələri bilməli;
- İstehsalın planlaması, xammalın sərfiyyatının planlaması, günlük istehsala nəzarət;
- Məhsulun maya dəyərinin hesablanması;
- Daxili istehsalat tələbnamələrinin tərtib edilməsi;
- Alışlar üzrə mədaxillərin sistemə daxil edilməsi;
- İstehsal üçün sifarişlərin icra edilməsi;
- İstehsal və satış üzrə itki aktlarının hazırlanması;
- Sistem ilə istehsalın üzləşdirilməsi;
- Məhsulların təyinata uyğun yönləndirilməsi;
- Faktiki qalıqlar ilə proqram üzrə qalıqların mütamadi yoxlanılması;
- Aylıq inventarizasiyanın təşkili və sənədləşməsi;
- Aylıq istehsal və ümumi hesabatların hazırlanması;
- İstehsal üzrə bütün növ muhasibat əməliyyatlarının LOGO proqram təminatına daxil edilməsi;
- Rəhbərlik tərəfindən verilən tapşırıqların vaxtında icra olunması.
İş şəraiti:
- İş yeri: Balaxanı Sənaye Kompleksi (OVEN FOOD BAKERY MMC)
- İş qrafiki: Həftənin 6 günü (bazar istirahət)
- Əmək haqqı – 700-1000 azn
Namizədə aid tələblər:
- Təhsil və ixtisas: Ali iqtisadi və ya maliyyə təhsili (mühasibat uçotu, maliyyə sahəsində ixtisas);
- LOGO proqram təminatını və 1 C proqramını bilmək;
- Microsoft Office proqramlarını əsasən də Excell proqramını yaxşı səviyyədə bilməli;
- Diqqətli, məsuliyyətli olması və kollektivdə işləmə bacarığı;
- Analitik düşüncəyə malik olmalı;
Xahiş edirik Elanı diqqətlə oxuyun. Elanı sona qədər oxuyun sonra zəng edin və ya CV göndərin.! Əgər vakansiyaya uyğun gəlirsinizsə əlaqə saxlayın.
Maraqlanan şəxslər qeyd olunan nömrə ilə yalnız saat 09:00 – 18:00 –dək əlaqə saxlaya bilərlər və yaxud qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini elektron ünvanına göndərməyiniz xahiş olunur.
Vakansiya üzrə cv-lər “İstehsal üzrə mühasib” sözü qeyd edilməklə Müraciət et butonunda qeyd olunan email adresinə vəya 0515479342 (yalnız wp)