Sahə: Unlu Məmulatların İstehsalı
Əsas vəzifələr
- İstehsal prosesində məhsulların keyfiyyətinə gündəlik nəzarətin həyata keçirilməsi
- Xammalın (un, yağ, krem və s.) qəbul zamanı vizual və sənəd üzrə yoxlanılması Hazır məhsulların standartlara (çəki, görünüş, qablaşdırma) uyğunluğunun yoxlanılması
- İstehsalat sahəsində sanitariya və gigiyena qaydalarına riayət olunmasına nəzarət
- Temperatur rejimlərinə nəzarət: +4°C soyuducu sahələr, -18°C dondurucu anbar , -18°C dondurucu anbarda FIFO (First In First Out) prinsipinə nəzarət
- Məhsulların düzgün yerləşdirilməsi
- Köhnə məhsulların önə çəkilməsi və vaxtında istifadəsi
- Anbarlarda məhsulların düzgün yığılması və saxlanma qaydalarına nəzarət
- Depo və istehsalat sahələri üzrə təmizlik və dezinfeksiya planlarının icrasına nəzarət
- Gündəlik temperatur qeydlərinin və yoxlama formalarının doldurulması
- Uyğunsuzluqların aşkar edilməsi və rəhbərliyə hesabat verilməsi
- Keyfiyyət və qida təhlükəsizliyi qaydalarına riayət olunmasının təmin edilməsi
Namizədə tələblər
- Qida mühəndisliyi, texnologiya və ya uyğun sahə üzrə təhsil (arzuolunandır)
- Qida istehsalı sahəsində minimum 1 il təcrübə (unlu məmulatlar üstünlükdür)
- Qida təhlükəsizliyi standartları üzrə bilik (HACCP, ISO 22000 arzuolunandır)
- Temperatur rejimləri və saxlama qaydaları haqqında bilik
- Diqqətli, məsuliyyətli və operativ olmaq
- Komanda ilə işləmə bacarığı
İş şəraiti
- İş qrafiki: 6 günlük iş həftəsi
- 6-cı gün saat 14:00-dək
- Bakı, Azərbaycan, Balaxanı Sənaye Parkı
- Koroğlu metro stansiyasından servis xidməti mövcuddur
- Əmək haqqı: İlk 2 ay sınaq müddəti – 700 AZN (net)
- Sınaq müddətindən sonra artım nəzərdə tutulur
Qeyd - Vakansiya üzrə bəy və xanım namizədlər müraciət edə bilər
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.