Satış Meneceri

  • Истекает 2 июль 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Sahə: Estetik/ Dermatoloji  inyeksiya məhsullarının satışı

Palderma estetik və inyeksiya məhsullarının satış istiqamətində peşəkar komandaya qoşulacaq güclü satış meneceri axtarır. Namizəd bazarda estetik klinikalar, dermatoloqlar, kosmetoloqlar və premium həkimlərlə işləməli, şirkətin məhsullarını effektiv şəkildə təqdim edib satış nəticələri əldə etməlidir.

İş şəraiti

  • İş yeri: Bakı
  • İş rejimi: Tam iş günü
  • Təhsilli, Tibb təhsili olanlara üstünlük verilir. 

Vəzifə öhdəlikləri:

  • Estetik klinikalar, dermatoloqlar, kosmetoloqlar və plastik cərrahlarla əməkdaşlığın qurulması
  • İnyeksiya və estetik məhsulların təqdimatı və aktiv satışı
  • Bazarda güclü və premium həkim portfelinin formalaşdırılması
  • Yeni müştərilərin cəlb olunması və satış şəbəkəsinin genişləndirilməsi
  • Həkim görüşləri, təqdimatlar və məhsul tanıtımlarının təşkili
  • Satış planının icrası və aylıq hesabatların hazırlanması
  • Bazarda rəqiblərin və estetik trendlərin izlənilməsi

Tələblər:

  • Satış sahəsində minimum 1-2 il təcrübə
  • Estetik, kosmetologiya və ya tibbi məhsul satış təcrübəsi üstünlükdür
  • Həkimlərlə işləmək və əlaqə qurmaq bacarığı
  • ⁠1C proqramında işləmə bacarığı 
  • Güclü təqdimat və ünsiyyət bacarıqları
  • Aktiv, məsuliyyətli və nəticəyönümlü olmaq
  • Azərbaycan dili sərbəst, rus dili, ingilis üstünlük
  • Şəxsi avtomobil olması vacib hesab olunur

Təklif edirik:

  • Yüksək fix maaş + satış bonusları
  • Premium estetik bazarda işləmək imkanı
  • Karyera yüksəlişi və inkişaf perspektivi
  • Peşəkar təlim və məhsul öyrədilməsi
  • Güclü və inkişaf edən komandada çalışma imkanı

Qeyd - Xanım namizədlər, Şəxsi maşını olması üstünlük hesab olunur.  

Maraqlanan namizədlər öz CV-lərini qeyd olunan nömrəyə göndərə bilərlər.

Əlaqə +994 10 239 58 02

  • Daily153
  • Weekly305
  • Monthly305