Pangea Road İnnovations Pangea Road İnnovations
  • 242

Monitoring üzrə mütəxəssis

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Monitoring üzrə mütəxəssis

  • Истекает 27 май 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

İş yeri: Bakı şəhəri (ehtiyac olduğu halda Azərbaycanın müxtəlif bölgələrinə ezam)

İşin təsviri:

  • Monitorinq üzrə mütəxəssis, video monitorinq sistemləri vasitəsilə nəqliyyat axınının izlənilməsi, kamera və texniki sistemlərdə yaranan nasazlıqların vaxtında aşkarlanması və aidiyyəti komandalara ötürülməsini əhatə edir. Namizəd sistemlərin stabil fəaliyyətinə nəzarət edir, gündəlik müşahidələr üzrə hesabatlar hazırlayır və layihə çərçivəsində digər bölmələrlə koordinasiyalı şəkildə işləyir.Vəzifə, texniki biliklə yanaşı, səyyar sahə işlərində çevik və məsuliyyətli yanaşmanı tələb edir.

Vəzifə öhdəlikləri:

  • Video monitorinq sistemləri vasitəsilə nəqliyyat axınının fasiləsiz izlənilməsi və nəzarətdə saxlanılması
  • Kamera görüntülərində yaranan yayınmaların, texniki nasazlıqların və görüntü keyfiyyəti problemlərinin vaxtında aşkar edilməsi
  • Aşkarlanmış nasazlıq və problemlərin sistemli şəkildə qeydiyyata alınması və aidiyyəti texniki komandaya operativ şəkildə ötürülməsi
  • Video monitorinq sistemlərinin stabil və fasiləsiz fəaliyyətinin təmin olunmasına nəzarət edilməsi
  • Gündəlik müşahidələr və hadisələr üzrə hesabatların hazırlanması və rəhbərliyə təqdim olunması
  • Layihələrin gedişində digər bölmələrlə sıx əməkdaşlıq etmək
  • Şirkətə məxsus texniki avadanlıqların qorunmasına və texniki xidmətinə nəzarət etmək

Tələblər:

  • Müvafiq sahə üzrə texniki ali, peşə və ya orta ixtisas təhsili
  • Video monitorinq və ya təhlükəsizlik sistemləri sahəsində ən az 1 il iş təcrübəsi
  • Analitik sistemlərlə (kamera, lidar və s.) işləmə təcrübəsi
  • Zəif cərəyan sistemləri (sensor, kamera və s.) üzrə texniki biliklər
  • Avtomobil idarəetmə bacarığı və sürücülük vəsiqəsinin olması
  • Səfər məhdudiyyətinin olmaması və sahə şəraitində işləməyə hazır olmaq
  • Texniki təfərrüatlara diqqətli yanaşmaq və məsuliyyətli olmaq

Maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına “Monitorinq üzrə mütəxəssis” mövzusu ilə göndərə bilərlər.

  • Daily112
  • Weekly545
  • Monthly112