Tələblər:
- Memarlıq, dizayn və ya oxşar sahə üzrə ali və ya orta ixtisas təhsili;
- AutoCAD və 3D Max proqramlarında peşəkar səviyyədə işləmək bacarığı;
- Adobe Photoshop, Illustrator və digər grafik dizayn proqramlarında təcrübə;
- Google Workspace alətləri ilə sərbəst işləmək bacarığı;
- Layihələndirmə sahəsində minimum 2 il iş təcrübəsi;
- Restoran və iaşə obyektlərinin layihələndirilməsi üzrə təcrübə üstünlükdür;
- Məsuliyyətli, diqqətli və çevik olmaq;
- Tapşırıqları vaxtında və keyfiyyətli şəkildə yerinə yetirmək bacarığı.
Vəzifə Öhdəlikləri:
- Rəhbər layihəçinin nəzarəti altında restoran və digər iaşə obyektlərinin dizayn və layihələndirilməsində iştirak;
- AutoCAD və 3D Max proqramlarında planların, çertyojların və vizualizasiyaların hazırlanması;
- Mövcud dizayn və planlara uyğun düzəlişlərin və yeni təkliflərin hazırlanması;
- Grafik dizayn alətləri ilə (Adobe Photoshop, Illustrator və s.) işləyərək təqdimat materiallarının və vizual kontentin hazırlanması;
- Google Workspace alətləri (Docs, Sheets, Slides və s.) ilə hesabatların, təqdimatların və layihə sənədlərinin hazırlanması;
- Tapşırıqların vaxtında və dəqiqliklə yerinə yetirilməsi;
- Texniki və memarlıq sənədlərlə işləmə bacarığı;
- Layihələndirmə prosesində çevik və səmərəli əməkdaşlıq.
İş Şərtləri
- İş qrafiki: 5/2, saat 10:00-19:00;
- Rəsmi əmək müqaviləsi ilə işə qəbul;
- Əmək haqqı: 800-1200 azn
- Peşəkar inkişaf və dizayn layihələrində iştirak imkanı;
- Rahat və yaradıcı iş mühiti.
Qeyd olunan tələblərə cavab verən namizədlər öz ərizə formalarını (CV) “Layihəçi köməkçisi” mövzusu altında Müraciət Et düyməsində qeyd olunan elekton poçt ünvanına göndərə bilərlər.