Papa John’s Azərbaycan Papa John’s Azərbaycan
  • 742

Papa John’s Azərbaycan

Hotels, Restaurants & Leisure

Rəqəmsal Marketinq üzrə Mütəxəssis

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Rəqəmsal Marketinq üzrə Mütəxəssis

  • Истекает 21 октябрь 2024
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Papa John’s Azərbaycan, tanınmış Amerika brendi olan, “Daha yaxşı inqrediyentlər daha yaxşı pizza” şüarı ilə addımlayan, pizza restoranlar şəbəkəsi “Rəqəmsal Marketinq üzrə Mütəxəssis” vakansiyasını elan edir: 

Tələblər:

  • Avtomatlaşdırma, A/B testləri, hədəfli kampaniyalar kimi müxtəlif metodlardan istifadə edərək rəqəmsal marketinq planını effektiv şəkildə planlaşdırmaq, icra etmək və nəzarətdə saxlamaq.
  • Google Search, Google Display, Sosial media, YouTube video reklamları, e-poçt və SMS marketinqi ilə əlaqəli bütün rəqəmsal marketinq fəaliyyətlərinə icra etmək.
  • Bütün ödənişli reklam fəaliyyətinin planlanmasına və büdcə nəzarətindən məsul olmaq.
  • Satışların maksimuma çıxarılması üçün effektiv ödənişli axtarış strategiyalarının formalaşdırılmasına və rəqəmsal marketinq planlarının həyata keçirilməsinə iştirak etmək.
  • Müxtəlif PPC kampaniyalarını işə salmaq və optimallaşdırmaq.
  • Daha yaxşı ROI əldə etmək üçün büdcəyəi nəzarət etmək və təklifləri uyğunlaşdırmaq.
  • Rəqəmsal məlumatları, KPI, performans, nəticələr, və s. kimi ilkin verilənləri təhlil edərək addım atılabiləcək bizness nəticələrə çevirməklə maraqlı tərəflərə təqdim etmək.
  • Sosial media büdcəsinin idarəolunması.
  • Reklam trendlərini araşdırılması.
  • Rəqiblərin rəqəmsal reklam strategiyalarının araşdırılması.
  • Rəqəmsal marketinq məzmununu Google My Business səhifələrində paylaşılması
  • E-mail və SMS marketinq kampaniyaların icra olunması.
  • Rəqəmsal məsələlər, problemlər ilə bağlı sualları həll etmək üçün beynəlxalq ofis ilə əlaqədə olmaq.
  • Vebsayt üzərində olan problemləri təyin edib aradan qaldırılması üçün təkliflər etmək.
  • Reklamın qəbul olunmasında (reklama reaksiya, effektliyi) trend dəyişiyini göstərən məlumatlara diqqət yetirmək və hədəf kütlənin, potensial müştərilərin reklam görməyini təmin etmək.
  • Marketinq menecerin digər tapşırıqlarını icra etmək.
    Dərc olunmuş reklamlara nəzarət etmək və ən yaxşı nəticə əldə etmək üçün dəyişikliklər etmək.
  • Ümumi rəqəmsal sağlamlıqı analiz etmək.
  • Sayt trafikini analiz etmək.
  • İstifadəmi təcrübəsini (user experience) analiz etmək.
  • İstifadəçi səyahətini (user journey) analiz etmək.
  • Kampaniyaların effektivliyini analiz etmək.
  • Büdcənin effektiv xərclənməsini analiz etmək.

Bacarıqlar

  • Azərbaycan dili – səlis, Rus dili və İngilis dili –  yaxşı səviyyədə olması.
  • Axtarış sistemlərinin alqoritmləri və axtarış optimizasıyasında biliklər.
  • Verilənlər analizi və statistik məlumatların təsfir olunma bacarığı.
  • Google Ads, Google Analytics və SEO alətləri ilə təcrübənin olması.
  • Facebook Ads və Facebook Creator Studio ilə təcrübənin olması.
  • İnternetdə məzmunun yerləşdirilməsi bilik və bacarıqları.
  • Yüksək şifahi və yazılı kommunikasiya bacarıqları.
  • Komanda ilə işləmək qabiliyyəti.
  • Güclü analitik biliklər.
  • Tapşırıqları düzgün planlaşdırmaq  və vaxtında icra etmək bacarığı.

İş Şərtləri

  • 5 günlük iş həftəsi;
  • İş saatı: 10:00-19:00;
  • İşə qəbul tam rəsmi əmək qanunvericiliyinə uyğun olaraq həyata kecirilir;
  • Ə/H: müsahibə əsasında təyin olunacaq;

Qeyd olunan tələblərə cavab verən namizədlər öz ərizə formalarını (CV) “Rəqəmsal Marketinq üzrə Mütəxəssis” mövzusu altında qeyd edilmiş elekton ünvana göndərə bilərlər. 

  • Daily12
  • Weekly684
  • Monthly2523