Təsvir
İşiniz nədən ibarətdir?
- ÇPY sistem təminatlarının qarşılıqlı inteqrasiyasını inkişaf etdirmək;
- Requlyativ hesabatları icra etmək;
- Nəzarət orqanları tərəfindən daxil olmuş sorğuları cavablandırmaq və nəzarət orqanları və Bank arasındakı məlumat mübadiləsini təmin etmək;
- PL/TMM sahəsində siyasət və prosedurlar üçün məzmunu (məs. ÇPY/ÖMT/TM siyasəti və prosedurları) hazırlamaq / inkişaf etdirmək;
- Biznes mərkərzlərindən, MM-dən və digər departamentlərdən daxil olmuş ÇPY ilə əlaqəli sorğuları cavablandırmaq;
- Bankın müştəri qəbulu və Öz-Müştərini-Tanı prosedurlarında iştirak etmək, yerli və xarici qanunvericiliyə müvafiq şəkildə Müştəri Eyniləşdirməsini həyata keçirmək;
- Gündəlik əsasda əməliyyatların PL/TMM proqram təminatı vasitəsi ilə monitorinq etmək;
- Birbaşa rəhbər tərəfindən verilən digər şifahi və yazılı tapşırıqları icra etmək və s.
Tələblər
Sizdən nə tələb olunur?
- Təhsil: İqtisadiyyat sahəsində (və digər uyğun sahədə) ali təhsil (bakalavr);
- Tələb olunan iş təcrübəsi: minimum 1 il;
- Xarici dillər: İngilis (səlis) / Rus;
- Kompüter bilikləri: Microsoft Office;
- Stressə davamlılıq və kollektivdə işləmək bacarığı.