AML və Monitorinq üzrə Mütəxəssis

  • Deadline 4 March 2026

İşiniz nədən ibarətdir?

  • Xarici maliyyə institutlarına aid öz-müştərini-tanı (KYC) formalarının doldurulması.
  • Xarici maliyyə institutlarına hesab açılması üçün tələb edilən sənədlərin toplanılması.
  • Müxbir bankların illik öz-müştərini-tanı (KYC) dəyərləndirməsinin aparılması.
  • Müxbir banklardan daxil olan sorğuların cavablandırılması.
  • Gündəlik əsasda əməliyyatların PL/TMM proqram təminatı vasitəsi ilə monitorinq edilməsi.
  • Bankın müştəri qəbulu və öz-müştərini-tanı (KYC) prosedurlarında iştirak etmək, yerli və beynəlxalq qanunvericiliyə müvafiq şəkildə müştəri eyniləşdirməsinin həyata keçirilməsi.
  • Filial və Biznes Mərkəzlərindən daxil olan PL/TMM ilə əlaqəli sorğuların cavablandırılması.
  • PL/TMM ilə əlaqəli tələblərin Bankdaxili kommunikasiyasının təşkil edilməsi.
  • Birbaşa rəhbər tərəfindən verilən digər şifahi və yazılı tapşırıqların icra edilməsi.

Sizdən nə tələb olunur?

  • Təhsil: İqtisadiyyat sahəsində (və digər uyğun sahədə) ali təhsil (bakalavr);
  • Tələb olunan iş təcrübəsi: ƏL/TMM sahəsində minimum 2 il;
  • Xarici dillər: İngilis (səlis) və Rus;
  • Kompüter bilikləri: Microsoft Office;
  • Stressə davamlılıq və kollektivdə işləmək bacarığı.

Vakansiya növü - Tam ştat

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

  • Daily6
  • Weekly667
  • Monthly674