Təsvir
- Avtomatlaşdırma imkanlarını və səmərəliliyin artırılmasını müəyyən etmək üçün mövcud biznes proseslərini təhlil etmək;
- Avtomatlaşdırma üçün tələbləri toplamaq və prosesləri sənədləşdirmək üçün maraqlı tərəflərlə əməkdaşlıq etmək;
- Təklif olunan avtomatlaşdırma layihələri üçün texniki-iqtisadi əsaslandırmaları və xərc-fayda təhlilini yenidən yoxlamaq;
- Sənayedə aparıcı alətlər və texnologiyalardan istifadə edərək prosseslərin avtomatlaşdırılması və RPA həllərini dizayn edərək inkişaf etdirmək və həyata keçirmək;
- Təkrarlanan tapşırıqları avtomatlaşdırmaq və prosesləri optimallaşdırmaq üçün prosseslərin avtomatlaşdırılması və robotexnika proqramını konfiqurasiya etmək;
- Prosseslərin avtomatlaşdırılması və RPA həllərini mövcud sistemlər və tətbiqlərlə inteqrasiya etmək məqsədi ilə, funksional komandalarla əməkdaşlıq etmək;
- Funksionallığı və dəqiqliyi təmin etmək üçün robotlarının sınağını və keyfiyyət təminatını həyata keçirmək;
- Prosesin axınını, texniki spesifikasiyaları və sınaq planları daxil olmaqla, proses sənədlərini hazırlamaq və qorumaq;
- RPA robot istifadəçilərini təlimlərlə təmin etmək və dəstək olmaq;
- RPA robot performansını izləmək və qiymətləndirmək, problemləri həll etmək və təkmilləşdirmələr üzrə təklif vermək.
Tələblər
- Maliyyə, Kompüter Elmləri, İnformasiya Texnologiyaları, Mühəndislik və ya müvafiq sahədə bakalavr dərəcəsi;
- Qeyd olunan sahələr üzrə 1 ildən çox iş təcrübəsi: Biznes Analitika, Proseslərin təkmilləşdirilməsi, Proseslərin avtomatlaşdırılması və robotexnika;
- Avtomatlaşdırma təşəbbüslərini idarə etmək üçün məlumat toplamaq və şərh etmək bacarığı ilə əla analitik bacarığı;
- Biznes prosesləri haqqında anlayış;
- Müxtəlif komandalar və maraqlı tərəflərlə səmərəli əməkdaşlıq etmək və ünsiyyət bacarıqları;
- Proqram təminatının hazırlanması, skript və ya kodlaşdırma dillərində təcrübə üstünlükdür;
- Prosseslərin avtomatlaşdırılması və RPA alətləri və ya proseslərin təkmilləşdirmə metodologiyaları (məsələn, Six Sigma) üzrə sertifikatlar arzuolunandır;
- Dil bilikləri: Rus və ya İngilis dili biliyi (Qeyd: Bütün sənədlər yalnız ingilis dilindədir).