Hüquqi məsələlər departamentinin Korporativ İdarəetmə və Hesabatlılıq şöbəsinin Korporativ Katiblik qrupunun Baş Mütəxəssisi

Hüquqi məsələlər departamentinin Korporativ İdarəetmə və Hesabatlılıq şöbəsinin Korporativ Katiblik qrupunun Baş Mütəxəssisi

  • Истекает 14 апрель 2026

Təsvir

  • Müşahidə Şurası, İdarə Heyəti və Komitə və digər səlahiyyətli qərarvermə orqanlarının iclaslarının təşkil edilməsini, iclas məlumatlarının, sənədlərinin və hesabatlarının qəbul, konsolidasiya və hazır edilməsi;
  • Bankın Müşahidə Şurası, İdarə Heyətinə və komitələrinə və digər səlahiyyətli qərarvermə orqanlarına inzibati dəstəyin lazımi qaydada və vaxtı-vaxtında göstərilməsini həyata keçirilməsi;
  • Müşahidə Şurası. İdarə Heyətinin və komitə və digər səlahiyyətli qərarvermə orqanlarının iclaslarının və qərarlarının şirkətin və requlyatorun müvafiq normativ tələblərinə uyğun olaraq düzgün keçirilməsini və qəbul olunmasına nəzarət edilməsi;
  • Katibi olduğu komitələrin və digər səlahiyyətli qərarvermə orqanlarının qərarlarının çıxarışlarının verilmiş qərara uyğun imzalanması və düzgün şəkildə icraya yönəldilməsi (həmçinin Komitə üzvlərinin imzası olmadan);
  • İdarə Heyətinin və komitələrin və digər səlahiyyətli qərarvermə orqanlarının iclaslarına təqdim olunmuş məsələlərin lazımi tələblərə cavab verməsinə nəzarət etmək və müvafiq tələblərə cavab verməyən sənədləri geri qaytarmaq üzrə qərar vermək;
  • İdarə Heyətinin və komitə və digər səlahiyyətli qərarvermə orqanların iclaslarda qəbul edilmiş qərarlara müvafiq tədbirlərin həyəta keçirilməsinə nəzarəti və nəticələr haqqında məlumatların müvafiq qurumlara vaxtında təqdim olunması;
  • Şirkətin katiblik xidmətinin gücləndirilməsi istiqamətində sistemlərin inkişaf etdirilməsi və həyata keçirilməsi üzrə rəhbərə yardım edilməsi;
  • Mütəmadi hesabatların hazırlanmasına nəzarət etmək və idarəetmə orqanların fəaliyyəti haqqında məlumat açıqlanmasını təmin edilməsi;
  • Qərarvermə orqanlarının protokollarının hüquqi və korporativ idarəetmə standartları baxımdan düzgün tərtibi, vaxtı vaxtında bağlanılması, imzaya təqdim olunması və arxivləşdirilməsi;
  • Tərtib edilmiş qərarların icrasına nəzarət edilməsi və bu barədə hesabatlılığın təmin edilməsi;
  • Qərarların hüquqi baxımdan düzgün tərtib edilməsi;
  • Mütəmadi olaraq qərarlar üzrə statistik məlumatların yığılması və tələb olunan hesabatların hazırlanmasını təmin etmək;
  • Bankın korporativ idarəetmə standartlarına uyğun fəaliyyət göstərməsinin təmin edilməsi və bu sahədə müvafiq rəylərin təqdim edilməsi;
  • Qərarvermə orqanlarının keyfiyyətli və tam məlumatlı qərar verməsinə dəstək olmaq məqsədilə hesabatlılıq sistemini təkmilləşdirmək;
  • Bankda mövcud səlahiyyətlərin idarə edilməsi, səlahiyyətlərlə bağlı məsələlərə dair rəylərin və təkliflərin təqdim edilməsi;
  • Bankın korporativ idarəetmə strukturunu təşkil edən sənədlərin hazırlanması və təkmilləşdirilməsi üzrə layihələri həyata keçirilmək;
  • Bankın korporativ idarəetmə strukturunu təşkil edən sənədlərin idarə edilməsində dəyişikliklərin aydın göstərilməsi, anlaşılması və ifadə edilməsini təmin etmək məqsədilə digər vahidlərlə sıx əməkdaşlıq etmək;
  • Sənədlərin optimizasiyası, dərindən analizi normativ sənədlərin icrasının hesabatını hazırlamaq;
  • Müvafiq sənədlərdəki uyğunsuzluqlar, daxili partnyorların sistematik səhvləri haqqında şikayətləri araşdırmaq və uyğunsuzluqların aradan qaldırılmasını təmin etmək;
  • Bankın korporativ idarəetmə strukturunu təşkil edən normativ sənədlər taksonomiyasını idarə etmək və qanunvericiliyə uyğunluğunu izləməklə sənədlərə mütəmadi dəyişikliklərin edilməsinə tənzimləmək;
  • Bankın normativ sənədlərinə dair rəy verilməsi, normativ sənədlərin korporativ idarəetmə standartları və səlahiyyətlərə uyğun tərtibinin təmin edilməsi və bu barədə təkliflərin verilməsi;
  • Bankın şöbə və departamentləri ilə İdarə Heyəti və digər səlahiyyətli qərarvermə orqanlarının üzvləri arasında effektiv əlaqəni təmin etməkdə qrup rəhbərinə/şöbə rəhbərinə yardım edilməsi;
  • Bankdaxili və bankxarici (requlyatorlar tərəfindən və s.) daxil olmuş sorğulara və sənədlərə dair istəklərə cavab verilməsi;
  • İdarəetmə orqanları və komitələrin və digər səlahiyyətli qərarvermə orqanlarının müzakirəsinə çıxarılmış məsələlərin müvafiq qərarvermə səlahiyyət və limitinə uyğunluğunu təmin etmək, həmçinin bu işdə qrup rəhbərinə/ şöbə rəhbərinə yardımçı olmaq;
  • Qrup Rəhbərinə/ Şöbə Rəhbərinə korporativ idarəetmə üzrə risklərin aşkarlanmasında və idarəedilməsində fəal surətdə dəstək olmaq.

Tələblər

  • Təhsil: Bakalavr dərəcəsi (hüquq, iqtisadiyyat və ya idarəetmə);
  • Tələb olunan iş təcrübəsi: 2-3 il;
  • Lisenziya / Sertifikat: Korporativ İdarəetmə istiqaməti üzrə sertifikat arzuolunandır;
  • Xarici dillər: İngilis dili və Rus dili;
  • Kompüter bilikləri: Microsoft Office
  • Başqa tələblər: Kredit, sənədli əməliyyat, faktorinq.

Vakansiya növü - Tam ştat

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

  • Daily1
  • Weekly555
  • Monthly1126