İşiniz nədən ibarətdir?
- Gündəlik olaraq bank kartları üzrə Prosessinq Mərkəzlərindən klirinq faylarının mübadiləsi və emal edilməsi (Visa, Master, Milli Kart, BKM və Kapital);
- Bank ödəmə sistemləri üzrə (Visa, Master) daxil olan hesabatlar əsasında müxabirləşmələri bank proqramında icra etmək;
- Gündəlik olaraq bank sistemində günün bağlanması prosesinin aparılması və Prosessinq mərkəzlərinə (Visa, Master, Milli Kart və BKM, Kapital) faylların göndərilməsi;
- Visa, Mastercard və BKM ödəniş sistemləri üzrə dispute prosesinin icrası, müvafiq hesabatların hazırlanması;
- VİSA ,Mastercard üzrə errorların araşdırılması və faylların yenidən keçirilməsi;
- Gələn ödənişlərin bütün uyğunsuzluqlarının müəyyənləşdirilməsi və bu məbləğlərin tranzit hesablardakı qalıqların vaxtında əks etdirilməsi. Daxili və xarici qaydalara uyğun olaraq müvafiq tədbirlərin görülməsi, vaxtında və düzgün icrasının təmin edilməsi;
- Əməliyyat gününün sonunda, bütün əməliyyatların vaxtında və düzgün aparılmasını təmin etmək üçün bütün əlaqəli hesabların yoxlanılması. Negativ hesabların yoxlanılması və tələb olunan müxabirləşmələrin verilməsi;
- Daim yenilənən processləri nəzərə alaraq prosedurlar və qaydalar üzrə biliklərin artırılması.
Sizdən nə tələb olunur?
- Təhsil: İqtisadiyyat və buna uyğun digər sahə üzrə bakalavr təhsili
- Tələb olunan iş təcrübəsi: müvafiq sahə üzrə minimum 1-2 il
- Xarici dillər: İngilis , rus
- Kompüter bilikləri: Microsoft Office
- Digər bacarıqlar: Kart sistemində işləmə bacarığı. Görülən iş barəsində hesabat vermə bacarıqları, ünsiyyət bacarıqları və özünü inkişaf etdirmə bacarığı.
Vakansiya haqqında
- Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.