İşiniz nədən ibarətdir?
- Prioritetli və yüksək gəlirli KOS (kiçik və orta sahibkarlar) müştərilərdən daxil olan zənglərin vaxtında və keyfiyyətli cavablandırması;
- Daxil olan zənglər və sorğulara əsasən Bankda istifadə olunan müxtəlif proqram təminatları vasitəsilə aparılan bütün əməliyyatların Bankın "komplayns" tələblərinə uyğun icra edilməsi;
- Hər hansı mümkün olan saxtakarlıq əməliyyatlarının aşkarlanması və aidiyyəti struktur bölmələrə yönləndirilməsi;
- Şikayət və təkliflər ilə iş: Banka hər hansı şikayət / təklif və ya texniki çətinlik ilə bağlı müraciət daxil olarsa, mütləq olaraq qeydiyyatının düzgün kateqoriyalarda aparılmasına, qeydiyyatının "açıq" statusunda olarkən izlənilməsinə və müştərilərə vaxtında cavabın təqdim edilməsinə nəzarət edilməsi;
- Videozəng prosesi zamanı, online bank əməliyyatları (cari hesabın açılması və s.), əmək haqqı kartları və digər məhsul / xidmətlər ilə bağlı müştərilərə dəstəyin göstərilməsi;
- Hesab üzrə qalıq, sərəncam və ödəniş statusları üzrə araşdırmaların aparılması, məktubların yazılması və müştərilərin məlumatlandırılması.
Sizdən nə tələb olunur?
- Təhsil: Maliyyə, İqtisadiyyat və ya digər uyğun ixtisas üzrə Bakalavr təhsili;
- Tələb olunan iş təcrübəsi: müvafiq sahə üzrə 1-2 il;
- Xarici dillər: Azərbaycan (ana dili), Rus (yüksək səviyyədə) və İngilis (orta səviyyədə);
- Kompüter bilikləri: Microsoft Office (MS Word, MS Excel).
Vakansiya haqqında
- Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et butonunda qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.