İşiniz nədən ibarətdir?
- Kiçik və orta həcmli müəssisələrin biznes və maliyyə təhlilinin aparılması. Müştərilərlə peşəkar ünsiyyətin qurulması və onlara maliyyə məsləhətlərinin verilməsi.
- Müştəri Menecerləri və prosesin digər iştirakçıları ilə effektiv əməkdaşlığın təmin olunması.
- Kredit risklərinin idarə edilməsi. Kreditlərin təhlükəsiz, səmərəli və sürətli şəkildə, Kiçik və Orta Sahibkarlıq Bankçılığı, Kreditlərin Strukturlaşdırılması funksiyasının maliyyələşdirmə standartlarına uyğun olaraq verilməsi.
- Qərarın verilməsi, kreditləşməni tamamlamaq üçün kredit memorandumu və digər ərizə formalarının doldurulması, Kredit Risklərinin Anderraytinqi Departamentinə və Kredit Komitəsinə təqdim edilməsi.
- Kredit portfelinin idarə edilməsi.
- Kreditin Strukturlaşdırılması funksiyasının davamlı inkişafını təmin etmək və işin axışını sürətləndirmək üçün ən uyğun yanaşmanın tətbiq edilməsi və müvafiq təkliflərin verilməsi.
Sizdən nə tələb olunur?
- Maliyyə, İqtisadiyyat, Bankçılıq və ya müvafiq sahədə bakalavr dərəcəsi
- Tələb olunan iş təcrübəsi: 1-3 il
- Yüksək səviyyədə analitik bacarıqları
- Yaxşı ünsiyyət və danışıq bacarıqları
- Maliyyə təhlili və ya hesabatlılığı üzrə iş təcrübəsi
- Azərbaycan dili – səlis; İngilis dili – yaxşı; Rus dili - arzuolunandır.
Vakansiya haqqında
Son tarix Dekabr 1, 2024
Paylaşılıb Oktyabr 22, 2024
Vakansiya növü Tam ştat