Kreditlərə Nəzarət Departamenti üzrə Direktor

  • Deadline 5 March 2026

İşiniz nədən ibarətdir?

  • Daxili normativ sənədlərin tələblərinə əsasən Kredit monitorinqinin vaxtında və yüksək keyfiyyətlə yerinə yetirilməsinə nəzarət;
  • Kredit müqavilələri üzrə müştərilərlə razılaşdırılmış şərtlərin icrasına nəzarət;
  • Monitorinq prosesi nəticəsində kredit və girov risklərinin azaldılması üçün təkliflərin müvafiq SQO və maraqlı tərəflərə vaxtında kommunikasiya etmək;
  • Risk modellərinin həyata keçirilməsinə və sınaqdan keçirilməsinə nəzarət etmək (kredit monitorinqi və təminatla əlaqəli), ehtiyac olduqda dəyişikliklər üzrə təkliflər vermək;
  • Girovların qiymətləndirilməsi üzrə rəylərin təqdim edilməsi və onların mütəmadi monitorinqinin təmin edilməsinə nail olmaq;
  • Kənar qiymətləndirmə şirkətlərinin seçimi, yoxlanması və onların aidiyyatı fəaliyyətinə nəzarəti təmin etmək;
  • Sığorta, tənzimləmə və digər məsələlərə nəzarət edərək girov ilə əlaqəli riskləri azaltmaq;
  • Bankın risk siyasətinə əsaslanan şöbənin prosedurlarını və proseslərini inkişaf etdirmək;
  • Səlahiyyətləri çərçivəsinə qərarların vermək;
  • Şöbə funksiyalarında optimallaşdırma aparmaq;
  • Risk təsirlərinin azaldılması üçün tədbirlər görmək və risk mədəniyyətini komanda üzvlərinə aşılamaq. Qərar qəbul etmə imkanlarını artırmaq;
  • Əməkdaşların qarşısına qoyulmuş hədəflərə nail olmaq üçün zəruri şəraiti yaratmaq və s.

Sizdən nə tələb olunur?

  • Təhsil: Maliyyə və ya İqtisadiyyat üzrə ali təhsil;
  • Tələb olunan iş təcrübəsi: min 7 il;
  • Lisenziya / Sertifikat: Üstünlük verilən sertifikatlar : CFA, CRM;
  • Xarici dillər: İngilis;
  • Kompüter bilikləri: Microsoft Office, Word, Excel və s.;
  • Məhsul üzrə biliklər: Bank məhsulları;
  • Bazar üzrə biliklər:Tələb olunur;
  • Başqa tələblər: Maliyyə hesabatı anlayışı; Güclü ünsiyyət bacarıqları; münaqişələrin qarşısını ala bilmək; Yenilikçi düşüncə və özünü inkişaf etdirməyə təşviq etmək; Sənaye üzrə biznes təhlili, makroiqtisadiyyat anlayışı; Xarici risk faktorlarını və dinamikasını kredit və girov portfellərinə tətbiq etmək bacarığı; IFRS standartlarını orta səviyyədə başa düşmək və bilmək və standartlarda mövcud dəyişiklikləri tətbiq etmək bacarığı; müştərinin gələcək risklərini və ya imkanlarını proqnozlaşdırmaq / təhlil etmək bacarığı; müzakirə bacarıqları; idarəetmə bacarıqları; davranış qaydalarını anlamaq və proqnoz vermək, defoltlu profilaktik tədbirləri həyata keçirmək bacarığı; İdarəetmə və koordinasiyada dəyişiklik bacarıqları.

Vakansiya növü - Tam ştat

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

  • Daily11
  • Weekly672
  • Monthly679