Təsvir
- Bir və ya çoxsaylı biznes xəttini əhatə edən kompleks Biznes/İT təşəbbüsləri portfelinin idarə edilməsi;
- Strateji plan, məqsədlər, təşəbbüslər və hədəflər barədə şirkət səviyyəsində məlumatlılıq;
- Təşəbbüslərin strateji məqsədlərin həyata keçirilməsinə uyğunlaşdırılması və onu birbaşa dəstəkləməsinin təmin edilməsi üçün çoxsaylı əlaqədar layihələrin bütün aspektlərinin idarə edilməsi;
- Təşəbbüslərin icrasının və qrup fəaliyyətinin izlənməsi və qiymətləndirilməsi;
- Təşəbbüslərin müvəffəqiyyət meyarlarının nəticəsi, ölçü parametrləri, sınaq testlərinin idarə edilməsi fəaliyyətləri barədə hesabatın verilməsi;
- Təşəbbüs müddətində işin sahiblənilməsi: layihənin uğurla həyata keçirilməsinə başlanma vaxtından bir iri və ya eyni anda bir neçə kiçik təşəbbüsün tətbiqinə qədər tam icra edilməsi;
- Müvafiq əsas maraqlı tərəflərin qiymətləndirəcəyi texniki-iqtisadi əsaslandırmalarda, təchizatçı seçimlərində və təkliflərin verilməsində iştirak və ya yönləndirmə;
- Birbaşa rəhbər tərəfindən verilən digər şifahi və yazılı tapşırıqlar və s.
Tələblər
- Təhsil: Texnologiya, Maliyyə, İqtisadiyyat sahəsində ali təhsil (bakalavr dərəcəsi);
- Tələb olunan iş təcrübəsi: müvafiq sahədə minimum 1 il;
- Lisenziya / Sertifikat: PMI / PMP, Prince 2 sertifikatı arzuolunandır;
- Xarici dillər: İngilis (səlis), Rus;
- Kompüter bilikləri: Microsoft Office, layihə idarəedilməsi proqramları (məs. Jira);
- Məhsul üzrə biliklər: biznes texnologiyalarında təcrübə və maraq;
- Bazar üzrə biliklər: Makro iqtisadiyyat və bank sektoru;
- Başqa tələblər: Proqram təminatı yazılma proseslərinin biliyi, İT arxitekturası və infrastrukturu barədə biliklər. Şəxsi münasibətləri qurmaq və idarə etmək bacarığı. Güclü ünsiyyət bacarığı (yazılı və şifahi).
Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.