Təsvir
- Biznes məqsədlərinə uyğun olaraq hər bir biznes istiqaməti üzrə marketinq və inkişaf strategiyasının hazırlanması və həyata keçirilməsi;
- Kampaniyaların yaradılması, hesabatların hazırlanması və kampaniyanın effektivliyini ölçmək üçün rəqəmsal komanda ilə iş birliyi;
- Məhsulun inkişafı üçün bizneslə sıx əməkdaşlıq;
- Marketinq strategiyalarını və gələcək təcrübələri davamlı olaraq optimallaşdırmaq üçün kampaniya nəticələrinin təhlili və daxili maraqlı tərəflərə hesabatın verilməsi;
- Məhsulun inkişafını təmin etmək üçün mühəndislər, UX/UI dizaynerləri, CX komandası və digər maraqlı tərəflərlə əməkdaşlıq;
- İstifadəçi bazasının böyüməsini təmin etmək üçün data ilə iş;
- Məhsulun performansını və əsas artım göstəricilərini izləmək üçün analitik alətlər və idarə panellərindən istifadə;
- Məhsul ilə bağlı qərarlar vermək üçün müştəri sorğularının aparılması (NPS, CSI və digər sorğular);
- İnkişaf ilə əlaqəli məhsul xüsusiyyətlərinin təkmilləşdirilməsi və prioritetləşdirilməsi üçün məhsul sahiblərinə bazar tendensiyaları haqqında məlumatın verilməsi;
- Seqmentlərin məqsədləri üçün inkişaf proqramı planının yaradılması;
- İnkişaf imkanlarını müəyyən etmək üçün bazar araşdırmasının, rəqabət və istifadəçi rəyi təhlillərinin aparılması;
- İnkişaf imkanlarını müəyyən etmək üçün bazar araşdırmasının, rəqabət və istifadəçi rəyi təhlillərinin aparılması;
- Məhsulun/seqmentin hər rəqəmsal/ənənəvi kanalda onlayn mövcudluğunu təmin etmək, hər bir məlumatın aktuallığından əmin olmaq;
- Məhsul dəyişikliklərinin (FAQ, zəng mərkəzi, marketinq qrupu, RM və s.) haqqında bank daxilində (daxili maraqlı tərəflər) kommunikasiya olunması;
- Xidmətlərin/məhsulların düzgün çatdırılmasını təmin etmək üçün satınalma qrupu ilə sıx əməkdaşlıq;
- Məhsul satışını və məlumatlılığın artırılmasını təşkil etmək üçün CSE komandası ilə əməkdaşlıq.
Tələblər
- Təhsil: maliyyə, marketinq və ya satış üzrə bakalavr və magistr təhsili;
- Tələb olunan iş təcrübəsi: 2-4 il;
- Lisenziya / Sertifikat: marketinq, satış üzrə sertifikatı olan namizədlərə üstünlük verilir
- Xarici dillər: ingilis/rus
- Kompüter bilikləri: “Microsoft Office”, data bazası, “SurveyMonkey”, “Tableau”;
- Bank məhsulları üzrə bazar biliklər;
- Data baza ilə işləmək bacarığı;
- Riyazi biliklər.
Vakansiya haqqında
Son tarix Dekabr 15, 2024
Paylaşılıb Noyabr 5, 2024
Vakansiya növü Tam ştat