Təsvir
- Statistik, ML modellərinin (risk, satış modelləri) keyfiyyət və kəmiyyət üzrə validasiyasında iştirak etmək;
- Validasiya hesabatının hazırlanmasına yardım etmək;
- Modeli validasiya etmək üçün müxtəlif mənbə və platformalardan datanı toplamaq;
- Modelin potensial çatışmazlıqlarını və risklərini müəyyən edir, bu risklərin azaldılması və modelin təkmilləşdirilməsi üçün əsaslandırılmış tövsiyələr təqdim etmək;
- Komanda üzvü olaraq, validasiya prosesində aktiv iştirak etmək, model sahibi, model tərtibatçısı və digər əlaqəli şəxslərlə əməkdaşlıq aparmaq;
- Model sənədlərini təhlil edir, modelin metodologiyasını və istifadə olunan məlumatları dərindən araşdırır, model prosesləri və texnikalarını anlamaq məqsədilə məqsədyönlü suallar irəli sürmək;
- Birbaşa rəhbər tərəfindən verilən digər şifahi və yazılı tapşırıqlar və s.
Tələblər
- Təhsil: Kompüter elmləri, statistika, iqtisadiyyat və digər müvafiq sahə üzrə ən azı bakalavr dərəcəsi;
- İş təcrübəsi: Statistik, ML modelllərinin qurulması və ya validasiyası üzrə minimum 2 il iş təcrübəsi;
- Statistik modeləşdirmə üzrə dərin biliklər;
- Python, SQL ilə sərbəst işləmə bacarığı;
- Microsoft Excel, PowerPoint, Word-də işləmə bacarığı;
- Yüksək yazılı və şifahi ünsiyyət bacarıqları;
- Xarici dil: İngilis dili (minimum B2).
Vakansiya haqqında
- Vakansiya növü Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.