Müştəri Təcrübələri Qrupunun Mütəxəssisi

  • Deadline 8 Noyabr 2024

Təsvir

  • Müştərilərlə iş mərhələlərinin hazırlanması: Əvvəldən sonuna qədər müştərilərlə iş mərhələlərinin hazırlanması, müxtəlif kanallar (filial, onlayn, mobil, sosial media, mağazadaxili və s.) vasitəsilə əsas əlaqə nöqtələrinin və qarşılıqlı əlaqələrin müəyyən edilməsi üçün maraqlı tərəflərlə əməkdaşlıq etmək;
  • Məlumatların təhlili: müştərilərin davranışı, üstünlükləri və zəif nöqtələr haqqında fikirlər toplamaq üçün müştəri məlumatlarından və analitik vasitələrdən istifadə edilməsi;
  • Zəif nöqtələrin müəyyən edilməsi: məlumatlardan, müştəri rəylərindən və ən məqbul sənaye təcrübələrindən istifadə edərək zəif nöqtələrin və təkmilləşdirmə sahələrinin müəyyən edilməsi;
  • Müxtəlif profilli komandalarla əməkdaşlıq: müştərilərin məmnuniyyət dərəcəsinin təmin edilməsi ilə bağlı təşəbbüsləri həyata keçirmək üçün marketinq, məhsulların inkişaf etdirilməsi, satış və məlumat qrupu daxil olmaqla, müxtəlif profilli komandalarla sıx əməkdaşlıq etmək;
  • Davamlı təkmilləşdirmə: əsas fəaliyyət göstəricilərinə nəzarət və davamlı təkmilləşdirmə imkanlarının müəyyən edilməsi.

Tələblər

  • Təhsil: Kommunikasiya, Biznesin İdarə Edilməsi, İqtisadiyyat və ya əlaqədar sahədə bakalavr təhsili.
  • İş təcrübəsi: Müştərilərlə münasibətlərin idarə edilməsi (CRM) və ya əlaqəli sahələrlə bağlı vəzifələr üzrə 1-2 illik təcrübə;
  • Xarici dil: Azərbaycan dili (sərbəst), rus dili (orta), ingilis dili (sərbəst)
  • Kompüter bilikləri: MS Office proqramları
  • Məhsul haqqında biliklər:
  • CRM sistemlərinin uğurla tətbiqi və optimallaşdırılması sahəsində təcrübə;
  • CRM texnologiyaları və əlaqəli alətlər üzrə bacarıq;
  • Mürəkkəb CRM strategiyalarını və konsepsiyalarını müxtəlif maraqlı tərəflərə çatdırmaq bacarığı.
  • Digər: Güclü ünsiyyət və danışıqlar bacarığı, innovativ düşüncə və özünü inkişafı təbliğ etmək bacarığı.
  • Güclü idarəçilik və komanda işi bacarığı

Vakansiya haqqında

Son tarix Noyabr 17, 2024

Paylaşılıb Oktyabr 8, 2024

Vakansiya növü Tam ştat

  • Daily42
  • Weekly242
  • Monthly407