Təsvir:
- Məhsulun xüsusiyyətinə uyğun vizual dizaynlar və eskizlərin hazırlanması;
- Məhsul çərçivəsində araşdırma aparmaq və müvafiq dizayn həllərini inkişaf etdirmək;
- Daxili və xarici müştəri tələblərini toplayaraq onları dizayn prosesinə tətbiq etmək;
- Komandaya vizual materiallar və dizayn layihələrində dəstək vermək;
- PAŞA Bank-ın vizual kimliyinə uyğun dizayn elementlərindən istifadə etmək və lazım olduqda yeni qaydalar və komponentlər yaratmaq;
- Bankın daxili qaydalarına, proseslərinə, siyasətlərinə, təlimatlarına (o cümlədən, Davranış Məcəlləsi, Maraqlar Münaqişəsi Siyasəti, SƏTƏM-lə əlaqədar olan) ciddi şəkildə əməl etmək və onların pozulmasına görə məsuliyyət daşımaq;
- Hər hansı qəzalar, insidentlər və təhlükəli hallar barəsində dərhal birbaşa rəhbərə məlumat vermək.
- Hər zaman təhlükəsiz, ətraf mühiti qoruyan və çirklənməsinin qarşısını alan qaydada işləmək.
Tələblər:
- Marketinq, Biznes və ya müvafiq sahələrdə ən azı bakalavr dərəcəsi
- Qrafik dizayn və brendin vizual təmsili sahəsində 2-3 il və ya daha artıq təcrübə
- Keyfiyyətli qrafik həllərin və biznes ehtiyaclarına cavab verən dizaynların yaradılması təcrübəsi.
- Eskizlərin hazırlanması, müştəri tələblərinin toplanması və müvafiq dizaynların inkişaf etdirilməsi sahəsində təcrübə.
- Sosial media və digər çap və rəqəmsal dizayn sahələrində iş təcrübəsi.
- Adobe Creative Suite (Photoshop, Illustrator, After Effects) alətlərindən sərbəst istifadə bacarığı.
- 3D Modelləmə və rendering alətlərində iş təcrübəsi (Cinema 4D, Blender)
- İngilis dili bilikləri minimal olaraq "Intermediate" səviyyəsində.