İşiniz nədən ibarətdir?
- Statistik və ML modellərinin keyfiyyət və kəmiyyət üzrə validasiyasını həyata keçirmək;
- Validasiya metodologiyasının inkişaf etdirilməsi və yenilənməsində iştirak etmək;
- Model validasiya reportunu və prezentasiyanı hazırlamaq;
- Modeli validasiya etmək, düzgün məlumat almaq üçün müxtəlif mənbə və platformalardan datanı toplamaq;
- Model validasiyası test nəticələrinin şərh edilməsi və məhsul sahibi, data science komandasına tədbirlər planının hazırlanmasına təkliflər vermək;
- Rəhbərlik üçün təqdimatları və hesabatları hazırlamaq;
- Model sənədlərini oxumaq, model metodologiyanı, datanı dərindən araşdırmaq, model proses və texnikalarını öyrənmək üçün uyğun suallar vermək, modelin çatışmazlıqlarını, riskləri müəyyən etmək, təbdirlər və model yenilənməsi üçün tövsiyələr vermək;
- Validasiya mütəxəssislərinə mentorluq və istiqamətin verilməsini təmin etmək, onların fəaliyyətlərinə nəzarət etmək, onların vəzifələrinin müvafiq qaydada icra edilməsindən və onların fəaliyyətlərinin biznesin ümumi baxışına və tələblərinə uyğun olmasından əmin olmaq;
- Modelin gələcək mümkün risklərini öncədən müəyyən etmək və bu risklərin azaldılması üçün tədbirlər planının hazırlanmasına nail olmaq;
- Validasiya prosesinin düzgün aparılmasına əmin olmaq və digər komanda üzvlərinin işlərinə baxış keçirmək və s.
Sizdən nə tələb olunur?
- Təhsil: Kompüter elmləri, statistika, tətbiqi riyaziyyat və ya digər müvafiq sahə üzrə bakalavr dərəcəsi/magistr dərəcəsi;
- İş təcrübəsi: Maliyyə və bank sahəsində data science, model validasiyası üzrə minimum 3 il iş təcrübəsi ;
- Statistik modeləşdirmə üzrə dərin biliklər;
- Linear regression, logistic regression, decision tree və ML (Boosting, random forest, etc.) modellər üzrə təcrübə;
- Python, SQL ilə sərbəst işləmə bacarığı;
- Microsoft Excel, PowerPoint, Word-də işləmə bacarığı;
- Yüksək yazılı və şifahi ünsiyyət bacarıqları;
- Xarici dil: İngilis dili (minimum upper-intermediate).
Vakansiya haqqında
- Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.