İşiniz nədən ibarətdir?
- Service Desk vasitəsi ilə qeydiyyata alınan bütün sorğuları vaxtında cavablandırmaq və həll etmək;
- Gündəlik müştəri şikayətlərini sorğularını qeydiyyata almaq, onlara nəzarət etmək və həll etmək;
- Mərkəzi texniki dəstək sorğu sistemi tərəfindən daxil olan iş ilə əlaqəli sorğulara baxılmasını prioritetləşdirmək;
- İşin proqresinə nəzarət etmək və müştəriləri işin tamamlanması haqqında məlumatlandırmaq;
- Hesabatlar hazırlamaq və ehtiyac olduğu təqdirdə texniki dəstəklə bağlı məlumatları analiz etmək;
- Biznes istifadəçiləri üçün təlimlər vermək;
- Birbaşa rəhbər tərəfindən verilən digər şifahi və yazılı tapşırıqlar.
Sizdən nə tələb olunur?
- Təhsil: İnformasiya texnologiyaları və ya digər müvafiq sahə üzrə Bakalavr təhsili;
- İş təcrübəsi: müvafiq sahə üzrə minimum 2-3 il iş təcrübəsi;
- Xarici dil: İngilis dili, Rus dili;
- Kompüter bilikləri: Microsoft OS(Windows 10/11)/Mac OS(Ventura), MS Office; CompTiA və CCNA üstünlük verilir;
- Məhsul biliyi: Texniki dəstək sistemi;
- Bazar biliyi: İnzibati / texniki dəstək üzrə təcrübə;
- Digər: Yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarıqları, iş yoldaşları ilə effektiv işgüzar münasibət yaratmaq bacarığı.
Vakansiya haqqında
- Son tarix yanvar 14, 2025
- Paylaşılıb dekabr 5, 2024
- Vakansiya növü Tam ştat