PASHA Capital PASHA Capital
  • 1.2K

İdarə Heyətinin Sədrinin köməkçisi (Personal Assistant)

İdarə Heyətinin Sədrinin köməkçisi (Personal Assistant)

  • Deadline 6 April 2026

“PAŞA Kapital” yerli və beynəlxalq maliyyə bazarlarına geniş çıxış imkanları yaratmaqla tərəfdaşlarına ən yaxşı müştəri təcrübəsi təqdim edən ölkənin lider investisiya şirkətidir.

Vəzifə öhdəlikləri:

  • İdarə Heyəti Sədrinin gündəlik işlərini fəal şəkildə idarə etmək və bütün görüşlərin qüsursuz şəkildə keçirilməsinin təmin edilməsi;
  • İdarə Heyəti Sədrinin bütün biznes tələblərinin qənaətbəxş şəkildə həyata keçirilməsi üçün digər işçi heyəti və struktur vahidləri ilə əlaqələrin qurulmasının təmin edilməsi;
  • Müvafiq kurasiya üzrə qərarların, tapşırıqların icrası barədə hesabatın verilməsi;
  • İdarə Heyəti Sədrinin qonaqlarının müvafiq surətdə qarşılanması və hər zaman şirkətin nüfuzunun yaxşı şəkildə təqdim olunmasının təmin edilməsi;
  • Kargüzarlıq və sənəd dövriyyəsi işinə dəstəyin göstərilməsi;
  • Telefon zənglərini qeyd etmək, yönləndirmək və yazışmaları təqdim etmək;
  • Gündəlik fəaliyyətlərin və İdarə Heyəti Sədrinin səyahət səfərlərinində aktiv iştirak, effektiv vaxt idarəedilməsinin təmin edilməsi;
  • Sənədlərin İdarə Heyəti Sədrinə imza üçün təqdim edilməsi, bu zaman zəruri məlumatların mövcudluğunun təmin edilməsi (əks halda müvafiq tərəflərdən dəstəkləyici sənədlərin sorğulanması) və onların yenidən müvafiq şəxslərə ötürülməsi;
  • İdarə Heyəti Sədri tərəfindən müəyyən edilmiş tapşırıq və layihələrin planlaşdırılması və həyata keçirilməsi;
  • İdarə Heyəti Sədrinin tabeçiliyində olan struktur bölmələrinə inzibati dəstəyi göstərilməsi.

Tələblər:

  • Təhsil: Bakalavr dərəcəsi;
  • Tələb olunan iş təcrübəsi: 1-3 il;
  • Xarici dillər: Azərbaycan, İngilis və Rus dilləri (səlis);
  • Kompüter bilikləri: Microsoft Office, Word, Excel;
  • Ofis idarəetmə sistemləri və prosedurları haqqında bilik;
  • Əla təşkilatçılıq və vaxt idarəetmə bacarığı;
  • Bir neçə işi anında görmə və gündəlik iş yükünü prioritetləmə bacarığı;
  • Əla şifahi və yazılı kommunikasiya bacarığı;
  • Məxfilik və konfidensiallıq; Stresə davamlılıq; Özünə nəzarət; Müddət mədəniyyəti.

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

  • Daily0
  • Weekly22
  • Monthly593