Aktuar üzrə mütəxəssis

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Aktuar üzrə mütəxəssis

  • Deadline 7 İyun 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

“PAŞA Sığorta” ASC namizədləri Aktuar Departamentində Aktuar üzrə mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Vəzifə və Öhdəliklər:

  • Strukturlu və struktursuz məlumat toplusunun emalının həyata keçirilməsi;
  • Trendlər, oxşarlıqlar və uyğunluqların müəyyən olunması üçün böyük məlumat toplusunun işlənilməsi;
  • “Data visualization” üsullarından istifadə edərək məlumatların təqdim edilməsi;
  • Biznes problemləri üçün həllərin hazırlanması;
  • Aktuar hesabatların hazırlanması və təhlili;
  • İT, marketinq, satış, Agile və maliyyə komandaları ilə sıx əməkdaşlığın qurulması;
  • Birbaşa rəhbərin digər tapşırıqlarının yerinə yetirilməsi.

Biliklər:

  • İqtisadiyyat, Maliyyə, Riyaziyyat və ya digər müvafiq sahələr üzrə təhsil;
  • Yaxşı səviyyədə aktuar riyaziyyat, statistik təhlil üsulları və təqdimat bacarıqları;
  • Kompüter bilikləri: Peşəkar səviyyədə MS Office proqramlarından istifadə bacarığı;
  • Dil bilikləri: Azərbaycan, İngilis və Rus dillərində yüksək səviyyədə biliklərin olması. 

Təcrübə:

  • Aktuar sahəsi üzrə ən azı 1-2 il iş təcrübəsi tələb olunur.

Bacarıqlar:

  • Təqdimat bacarıqları;
  • Məsuliyyətlilik;
  • Müsbət təfəkkür;
  • Dəqiqlik;
  • Yaxşı ünsiyyət bacarığı;
  • Məntiqi və analitik düşüncə;
  • Təşəbbüskarlıq;
  • Yaradıcılıq; 
  • Komandada işləmək bacarığı.

Zəhmət olmasa, müraciət etdiyiniz vəzifənin adını “mövzu” bölməsində qeyd etməklə CV-nizi Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin.

  • Daily0
  • Weekly0
  • Monthly751