Data mərkəzi, Data analitikası və hesabat bölməsi/ Data analitika və hesabat bölməsinin rəhbəri

Data mərkəzi, Data analitikası və hesabat bölməsi/ Data analitika və hesabat bölməsinin rəhbəri

  • Deadline 30 April 2026

Vəzifə Öhdəlikləri:

  • Biznes tələblərinin təhlili, mövcud biznes proseslərinin anlamaq və mövcud məlumatlar əsasında analitik təhlillərin aparılaraq, həllərin biznes ehtiyaclarına uyğun dizayn edilməsi;
  • Müxtəlif mənbələrdən məlumatların toplanması, transformasiyası və aqreqasiyası əsasında idarəetmə və operativ qərarların verilməsi üçün hesabatların hazırlanması;
  • Məlumatlara əsaslanan qərarverməni dəstəkləyən BI hesabatları, dashboardlar və KPI monitorinq sistemlərinin qurulması;
  • Təkmilləşdirmə imkanlarının müəyyən edilməsi və proseslərin optimallaşdırılması;
  • Strateji qərarların dəstəklənməsi üçün analitik təhlillərin, proqnozların və ssenarilərin hazırlanması, Data Warehouse və Data Lake konseptlərinin anlayışı və istifadə prinsiplərinin tətbiqi;
  • Məlumatların təmizlənməsi, standartlaşdırılması, deduplikasiyası və keyfiyyətinin təmin edilməsi;
  • Müxtəlif sistemlərdən məlumatların inteqrasiyası, vahid və istifadə oluna bilən data strukturlarının formalaşdırılması;
  • Data keyfiyyətinin ölçülməsi və artırılması üçün metodologiyaların və nəzarət mexanizmlərinin tətbiqi;
  • Data modellərinin qurulması, data axınlarının və arxitekturasının sadələşdirilmiş şəkildə dizayn edilməsində iştirak və biznes tələbin tərcümə edilməsi;
  • Data Warehouse və Data Lake mühitlərində məlumatların saxlanılması və normallaşdırılması prinsiplərinin idarə olunması haqqında məlumatlı və təcrübəli olması;
  • Mürəkkəb statistik analiz, və maşın öyrənməsi konseptləri əsasında proqnozlaşdırıcı analitik yanaşmaların tətbiqi, staistik və maşın öyrənmə modelinin qurulması zamanı analitik risk yanaşmalarının və model məntiqinin başa düşülməsi və tətbiqi;
  • Maliyyə analizini və risk hesabatlarını oxumaq,anlamaq və həmin göstəricilərin performans, gəlirlilik, risk aspektindən analitik həllərdə çarpaz istifadəsinin təmin edilməsi;
  • Analitik nəticələrin texniki və qeyri-texniki maraqlı tərəflərə aydın, strukturlaşdırılmış və biznes yönümlü şəkildə təqdim edilməsi;
  • Data layihələri üzrə tələblərin toplanması, prioritetləşdirilməsi və icrasının koordinasiyasını təşkil edilməsi;
  • SQL, Excel,Python, R və digər analitik alətlərdən istifadə etməklə data ilə bağlı texniki tapşırıqların icrası;
  • Texniki sənədləşmənin aparılması və analitik həllərin davamlılığının təmin edilməsi;

Namizədə olan tələblər:

  • İş təcrübəsi: Data sahəsi üzrə üzrə 3-5 il iş təcrübəsi tələb olunur.
  • Təhsili: İqtisadiyyat, Maliyyə, Menecment, İT, Riyaziyyat, Data Elmləri ixtisasları üzrə bakalavr dərəcəsi;
  • Dil bilikləri: Rus dili:orta , İngilis dili:yaxşı
  • Kompüter bilikləri: MS Excel:əla , PowerBI:əla , Visio:orta , MSSQL(T-SQL):əla , PostgreSQL:əla , R Language:orta , MS PowerPoint:əla , MS Office:əla , Pyhton:əla.
  • Fərdi keyfiyyətlər: Nəticəyə əsaslanma; Müştəri yönümlülük; İnam yaratma; Komanda işi; Əməkdaşlıq və keyfiyyət yönümlülük; Məlumat əldəetmə; Problem həlletmə; Analitik düşüncə və problem həll etmə bacarığı.

Biz nə təklif edirik:

  • Tibbi sığorta (Əməkdaşın və ailə üzvlərinin) geniş sığorta paketləri;
  • Korporativ Həyat Sığortası: Kritik xəstəliklərdən sizi təminat altına alan sığorta növü;
  • Fərdi inkişaf planı çərçivəsində təlim imkanları;
  • Ödənişsiz dayanacaq imkanının təmin olunması;
  • “Dəyərlisən” platforması vasitəsilə təqdim olunan güzəşt və endirim imkanları;
  • İdman və sağlamlıq xidmətlərindən istifadə imkanları

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər. Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

  • Daily7
  • Weekly706
  • Monthly1090