Daxili Nəzarət Xidmətinin rəhbəri

  • Deadline 26 Fevral 2026

Daxili Nəzarət Xidmətinin rəhbəri

“PAŞA Sığorta” ASC namizədləri Daxili Nəzarət Xidmətinin rəhbəri vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Vəzifə haqqında qısa təsvir:

  • Daxili Nəzarət Xidmətinin rəhbəri kimi siz şirkətin dələduzluq fəaliyyətlərindən qorunmasında və daxili nəzarət tədbirlərinin həyata keçirilməsində mühüm rol oynayacaqsınız. Siz dələduzluqla bağlı risklərin qiymətləndirilməsi, monitorinqi və azaldılmasına cavabdeh olmaqla yanaşı, eyni zamanda əməliyyat səmərəliliyini və uyğunluğunu optimallaşdırmaq üçün daxili nəzarət tədbirlərini gücləndirəcəksiniz. 

Vəzifə və öhdəliklər:

  • Dələduzluq risklərinin idarə edilməsi strategiyası və siyasətinə riayət edilməsinin monitorinqini aparır;
  • Dələduzluq risklərinin idarə olunması metodologiyasını, standartlarını, təlimatlarını hazırlayır;
  • Dələduzluq risklərinin idarə edilməsi siyasəti çərçivəsində dələduzluq hallarının başvermə ehtimalı yüksək və kritik olan sahələri müəyyənləşdirir, qabaqlayıcı tədbirlər həyata keçirir;
  • Dələduzluq hallarının öncədən müəyyənləşdirilməsi və qiymətləndirilməsi üzrə metodlar və skorinq modelləri qurur;
  • “Dələduzluq Hallarının Araşdırılması” sisteminə (JİRA platforması) daxil olmuş sorğuları pioritetləşdirir, araşdırmanın başladılması üçün koordinasiya edir;
  • Dələduzluq hallarının önlənməsi məqsədi ilə strukturlar, biznes proseslər üzrə qurulmuş nəzarət fəaliyyətinin, prosedurların mövcudluğunu yoxlayır, effektivliyini qiymətləndirir;
  • Nəzarət fəaliyyətlərinin effektivliyini qiymətləndirən illik kompleks monitorinq planını tərtib edir;
  • Aparılmış araşdırmalara dair hazırlanmış hesabatları İdarə Heyyətinə təqdim edir;
  • Araşdırma prosesində istifadə olunmuş məlumatlar, sübutlar, yekun hesabat, izahat forması, cəza tədbiri əmri iş üzrə aidiyyatı qovluqda müddətsiz arxivləşdirir;
  • Araşdırma proseslərində iştirak edir.

Biliklər:

  • Ali təhsil: Maliyyə, Audit, Riyaziyyat İqtisadiyyat, Risklərin İdarəedilməsi üzrə olması arzuolunandır
  • Audit və Risk sahələri üzrə ən azı 3 və üzəri illik təcrübə;
  • Azərbaycan dilində səlis danışıq və korporativ yazı qabiliyyəti, İngilis və Rus dili biliyi üstünlükdür;
  • Hesabatların hazırlanmasına dair təcrübənin olması
  • Peşəkar sertifikata (CFE, CİA, ACCA) üstünlük verilir.
  • Müvafiq normativ sənədlər və qanunvericilik üzrə nəzəri biliklərə malik olmaq;
  • Peşəkar səviyyədə MS Office, xüsusilə MS Excel-dən istifadə bacarığı;
  • Daxili nəzarət prinsipləri, risklərin idarə edilməsi metodologiyaları haqqında güclü anlayış.

Bacarıqlar: 

  • Stressə davamlılıq və kollektivdə işləmək bacarığı;
  • Mürəkkəb məlumatları şərh etmək və dələduzluq fəaliyyətlərini göstərən nümunələri müəyyən etmək bacarığı, güclü analitik bacarıq;
  • İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti; 
  • Eyni anda birdən çox layihəni idarə etmək bacarığı.

Bizim Təklifimiz

  • İnnovativ və dinamik şirkətdə liderlik rolu;
  • Şirkətin brend və kommunikasiya strategiyasını formalaşdırmaq imkanı;
  • Komanda işi və əməkdaşlığa əsaslanan mühit;
  • Tibbi sığorta (əməkdaşın və ailə üzvlərinin) geniş sığorta paketləri;
  • Korporativ Həyat Sığortası: Kritik xəstəliklərdən sizi təminat altına alan sığorta növü;
  • Davamlı peşəkar inkişaf imkanları;
  • “Dəyərlisən” platforması vasitəsilə təqdim olunan güzəşt və endirim imkanları.

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Head of Internal Control Service

PASHA Insurance OJSC invites qualified candidates to apply for the position of Head of Internal Control Service and become a member of our professional team.

Brief Job Description:

As the Head of Internal Control Service, you will play a key role in protecting the company against fraudulent activities and implementing effective internal control measures. You will be responsible for assessing, monitoring, and mitigating fraud-related risks, while strengthening internal control mechanisms to optimize operational efficiency and regulatory compliance.

Key Responsibilities:

  • Monitor compliance with the fraud risk management strategy and policies;
  • Develop fraud risk management methodologies, standards, and guidelines;
  • Identify high-risk and critical areas for fraud within the framework of the fraud risk management policy and implement preventive measures;
  • Develop methods and scoring models for early detection and assessment of fraud cases;
  • Prioritize requests received through the Fraud Investigation System (JIRA platform) and coordinate the initiation of investigations;
  • Review the existence and effectiveness of control activities and procedures established across organizational structures and business processes to prevent fraud;
  • Prepare an annual comprehensive monitoring plan to assess the effectiveness of control activities;
  • Submit reports on conducted investigations to the Management Board;
  • Ensure indefinite archiving of investigation-related data, evidence, final reports, explanation forms, and disciplinary orders in the relevant case files;
  • Participate directly in investigation processes.

Knowledge and Qualifications:

  • Higher education in Finance, Audit, Mathematics, Economics, or Risk Management is preferred;
  • At least 3 years of experience in Audit and/or Risk Management;
  • Fluency in Azerbaijani with strong corporate writing skills; knowledge of English and Russian is an advantage;
  • Experience in preparing analytical and management reports;
  • Professional certifications such as CFE, CIA, ACCA are an advantage;
  • Strong theoretical knowledge of relevant regulatory documents and legislation;
  • Professional-level proficiency in MS Office, especially MS Excel;
  • Strong understanding of internal control principles and risk management methodologies.

Skills:

  • Stress resilience and ability to work effectively in a team;
  • Strong analytical skills with the ability to interpret complex data and identify fraud patterns;
  • High attention to detail and accuracy;
  • Ability to manage multiple projects simultaneously.

What We Offer:

  • A leadership role in an innovative and dynamic company;
  • Opportunity to contribute to the company’s brand and communication strategy;
  • A collaborative and team-oriented work environment;
  • Comprehensive medical insurance packages for employees and their family members;
  • Corporate Life Insurance covering critical illnesses;
  • Continuous professional development opportunities;
  • Discounts and benefits offered through the “Dəyərlisən” platform

Only candidates meeting the initial selection criteria will be contacted.

Interested candidates can apply by clicking the link provided in the "Apply" button.

  • Daily88
  • Weekly586
  • Monthly2528