Frontend Proqramçı

  • Deadline 24 İyul 2025

PAŞA Sığorta olaraq dinamik İT komandamıza istedadlı və motivasiyalı Frontend Proqramçı axtarırıq. Uğurlu namizəd istifadəçi yönümlü proqram təminatlarının hazırlanması, testləşdirilməsi və dəstəklənməsinə cavabdeh olacaq. Əgər müasir frontend texnologiyaları ilə işləməyə və istifadəçi təcrübəsini təkmilləşdirməyə həvəsiniz varsa, bu vəzifə sizin üçündür.

Vəzifə öhdəlikləri:

  • Texniki Dəstək: PAŞA Sığorta-nın mövcud informasiya sistemlərinin texniki dəstəyi və inkişafının təmin edilməsi.
  • Problemlərin Həlli: Sistemlərdə baş verən nasazlıqlara çevik reaksiya verilməsi və xidmətin davamlılığını təmin etmək üçün operativ tədbirlərin görülməsi.
  • Məlumatların Yoxlanması: Daxili prosedurlara əsasən məlumat bütövlüyünün yoxlanılması və məlumatların bərpası.
  • Üçüncü Tərəflərlə Əməkdaşlıq: Yeni sistemlərin tətbiq və hazırlanması zamanı xarici tərəfdaşlarla koordinasiyalı fəaliyyət.
  • Digər Tapşırıqlar: Birbaşa rəhbər tərəfindən verilən digər İT infrastrukturuna dair tapşırıqların yerinə yetirilməsi.

Təhsil və ixtisas:

  • Ali təhsil (bakalavr)

Sertifikatlar:

  • Arzuolunandır

İş şərtləri:

  • Müvafiq sahədə minimum 2 il iş təcrübəsi

Bilik və bacarıqlar:

Texniki Bacarıqlar:

  • HTML5 API-ləri və Semantic HTML üzrə biliklər
  • JavaScript (ES6+) və React.js ilə praktiki təcrübə
  • React Router, Redux, React Query və ya TanStack Query ilə işləmə bacarığı
  • CSS modulyar strukturları (SCSS, Tailwind, CSS Modules) ilə təcrübə
  • Layihələrin qurulması üçün Webpack, Vite, Babel ilə işləmə bacarığı
  • Formik/Yup ilə forma idarəetməsi üzrə praktiki təcrübə
  • RESTful API-lərlə işləmə bacarığı
  • Jest və React Testing Library ilə unit test yazma təcrübəsi

Soft Bacarıqlar:

  • Güclü analitik düşüncə
  • Yüksək özünümotivasiya və nəticə yönümlü yanaşma
  • Planlaşdırma və təşəbbüskarlıq bacarığı
  • Tapşırıqları vaxtında və dəqiq yerinə yetirmək bacarığı
  • Komanda ilə effektiv əməkdaşlıq və ünsiyyət

Dil bilikləri:

  • Azerbaijani, English

Zəhmət olmasa, müraciət etdiyiniz vəzifənin adını “mövzu” bölməsində qeyd etməklə CV-nizi Müraciət et düyməsində qeyd olunan link ünvanına göndərin.

  • Daily23
  • Weekly409
  • Monthly2157