“PAŞA Sığorta” ASC namizədləri Komplayens Departamentinin, Komplayens dəstək şöbəsində, Hüquqşünas / Baş hüquqşünas vəzifələrinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Vəzifə öhdəlikləri
- Şirkətin fəaliyyətinin qüvvədə olan qanunvericiliyin tələblərinə uyğunluğuna nəzarət etmək, komplayns indikatorları üzrə Şirkətin mövqeyini qiymətləndirmək;
- Şirkətdaxili bütün normativ sənədlərin (siyasət, qayda, təlimat, prosedur və s.) müvafiq struktur bölmələrdən daxil olan sorğular əsasında qanunvericiliyin tələblərinə uyğunluğunun ekspertizasını həyata keçirmək;
- Şirkətin yeni yaradılmış satış kanalları və sığorta məhsulları (buraya həmin məhsullarla bağlı ictimaiyyətə açıq material, təqdimat, press-reliz, broşura və s.) üzrə müvafiq struktur bölmələrdən daxil olan sorğular üzrə qanunvericiliyə uyğunluğunu təhlil edib, rəy vermək;
- Yeni qanunvericilik aktlarının tələblərinin icra vəziyyətinin müəyyən edilməsi, yeni tələblərə uyğun roadmap-in hazırlanması prosesində iştirak;
- Hədəfli maliyyə sanksiyaları haqqında qanunun tələblərinə uyğun fəaliyyətin Şirkət daxilində tənzimlənməsinə nəzarət etmək;
- Yeni qanunvericilik aktları, qanunvericiliyə əlavə və dəyişikliklərin komplayens risklərlə bağlı matrisə daxil edilməsi yolu ilə matrisin yenilənməsi;
- Müəyyən olunmuş komplayns risklərinin əhəmiyyətinin işçilər tərəfindən mənimsənilməsi məqsədilə tədbirlər görmək (təlimlər, ikitərəfli və ya çoxtərəfli görüşlər və s.);
- Şirkət daxilində və işçilər arasında komplayns mədəniyyətinin formalaşmasını təmin etmək;
- İdarə Heyəti və struktur bölmə rəhbərlərini qanunvericilikdə baş vermiş zəruri dəyişikliklər və həmin dəyişikliklərin biznes proseslərə təsiri ilə bağlı məlumatlandırmaq;
- Beynəlxalq sığorta bazarında komplayns funksiyasının təkmilləşdirilməsi ilə bağlı “best practice”-in araşdırılması və Şirkət üzrə tətbiqini təmin etmək;
- Şirkətə aidiyyəti olan şəxslərlə əqdlərin qanunvericiliyə uyğun formada təsdiqi üçün tədbirlər görmək;
- Şirkətlə əməliyyat aparan digər əməkdaşlarla münasibətlər zəminində müvafiq struktur bölmələr tərəfindən təqdim edilən KYC formaların doldurulması;
- İdarə Heyəti, RİK və Direktorlar Şurasına hesabatların hazırlanması prosesində iştirak.
Biliklər
- Təhsil: Ali-bakalavr, Hüquqşünaslıq ixtisası;
- Analiz bacarığı, risk qiymətləndirilməsi bacarığı;
- Kompüter bilikləri: peşəkar səviyyədə MS Office proqramlarından (xüsusilə Excel) istifadə bacarığı;
- Dil bilikləri: Azərbaycan və İngilis dillərində yüksək səviyyədə biliklərin olması. Rus dili biliyi arzuolunandır.
Təcrübə
- Hüquq sahəsində ən az 2 il təcrübə. Müvafiq sahələr üzrə magistr dərəcəsi, sığorta, bank və digər maliyyə institutlarında və Big4 şirkətlərində təcrübəli namizədlərə üstünlük verilir.
Bacarıqlar
- Sahə üzrə biliklər: Sığorta qanunvericiliyi; Mülki qanunvericilik; Əmək qanunvericiliyi; Digər qanunvericilik aktları
- Komandada işləmək bacarığı;
- Vaxtın səmərəli idarə edilməsi bacarığı;
- Məntiqi və analitik düşüncə;
- Təşəbbüskarlıq;
- Emosional stabillik və məsuliyyətli olmaq.
Zəhmət olmasa, müraciət etdiyiniz vəzifənin adını “mövzu” bölməsində qeyd etməklə CV-nizi Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq göndərin.