Vəzifə və öhdəliklər
- İnformasiya təhlükəsizliyi siyasət, prosedurların və standartlarına uyğunluğuna və aktuallığına nəzarət edilməsi, pozulma halların aşkarlanması, lazım olduqda dəyişilməsi, və ya tərtib edilməsi;
- İnformasiya Təhlükəsizliyi risklərinin qiymətləndirilməsi, yenilənməsi və hesabatların hazırlanması;
- NIST və Şirkətdə müəyyən edilmiş informasiya təhlükəsizliyi siyasətləri, standartları və təlimatlarına əsaslanan informasiya təhlükəsizliyi proseslərin, risklərin və kontrolların təhlil edilməsi;
- İT və informasiya təhlükəsizliyi ilə bağlı NIST CSF uyğunluğunun və fəaliyyət planlarının hazırlaması üçün müvafiq departamentlərlə sıx əməkdaşlıq edilməsi;
- İT infrastrukturu, proqram təminatları, platformaları və təchizatçıları ilə bağlı risklərin müəyyən edilməsi, qiymətləndirilməsi, idarə edilməsi və aradan qaldırılmasına nəzarət edilməsi;
- İnformasiya təhlükəsizliyi üzrə yetkinlik səviyyəsinin (“Maturity level”) yüksəldilməsi istiqamətində dəstək olunması;
- Şirkət daxili İnformasiya Təhlükəsizliyi təlimlərin idarə edilməsi.
Bilik və bacarıqlar
- İnformasiya Sistemləri və ya əlaqəli sahə üzrə ali təhsil;
- İnformasiya Təhlükəsizliyi sahəsində ən azı 1 il, iş təcrübəsi;
- Azərbaycan dilini əla, ingilis dilini yaxşı səviyyədə bilən;
- NIST/ISO27001 standartı üzrə biliklər;
- İT və İnformasiya Təhlükəsizliyi risklərin qiymətləndirilməsi və sənədləşmə üzrə təcrübə;
- İT audit prosesləri üzrə bilik və təcrübənin olması;
- Analitik düşüncə və stressə dözümlü olmaq bacarığı;
- Ünsiyyətqurma və komandada işləmək bacarığı;
- Səbrli və soyuqqanlı olmaq bacarığı.
Son müraciət tarixi: 5 dekabr 2024
Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzu” bölməsində qeyd etməklə CV-nizi elektron poçt ünvanına göndərin.