İnsan resursları əməliyyatları şöbəsinin rəhbəri

  • Истекает 26 февраль 2026

İnsan resursları əməliyyatları şöbəsinin rəhbəri
“PAŞA Sığorta” ASC namizədləri İnsan resursları əməliyyatları şöbəsinin rəhbəri vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir. 

  • Biz ölkəmizin sığorta sektorunda ilk Insurtech təməlini qoyaraq rəqəmsal transformasiyaya start veririk. Bu yolda məqsədimiz gələcəyin sığortasını yenidən dizayn etmək, innovasiyanı və etibarı birləşdirərək sektorda yeni bir səhifə açmaqdır.
  • Əgər sən də bu transformasiyanın bir parçası olmaq, insan resursları əməliyyatlarının səmərəliliyini artırmaq və gələcəyi bizimlə birlikdə qurmaq istəyirsənsə, İnsan Resursları Əməliyyatları şöbəsinin rəhbəri rolunda səni komandamızda görməkdən məmnun olarıq.
  • Bu rolda sən şirkətimizin HR əməliyyatlarının (işə qəbul, rəsmiləşdirmə, əmək haqqı, bonuslar, imtiyazlar, işçi münasibətləri və s.) idarə edilməsini və optimallaşdırılmasını təmin edəcək, proseslərin qanunvericiliyə uyğun və yüksək keyfiyyətlə həyata keçirilməsinə rəhbərlik edəcəksən. Bu vəzifə şirkətin rəqəmsal transformasiya yolunda uğurla irəliləməsinə və insan kapitalının effektiv idarə olunmasına əhəmiyyətli töhfə vermək imkanı təqdim edir.

Vəzifə haqqında qısa təsvir:

  • Şirkətdə İnsan Resursları əməliyyatlarının əmək qanunvericiliyinə, daxili prosedurlara və strateji hədəflərə uyğun şəkildə effektiv idarə olunmasını, proseslərin optimallaşdırılmasını və davamlı inkişafını təmin etmək.

Əsas vəzifə və öhdəliklər:

  • İşə qəbul edilən əməkdaşların qanunvericiliyə uyğun rəsmiləşdirilməsinə nəzarət etmək;
  • İşçi sənədlərinin və şəxsi qovluqlarının düzgün və sistemli aparılmasını təmin etmək;
  • Sınaq müddətlərinin izlənilməsi və müvafiq sənədləşmənin düzgünlüyünə nəzarət etmək; 
  • HR əməliyyatlarının elektron sistemlərdə vaxtında və düzgün qeydiyyatını təmin etmək;
  • Məzuniyyət, ezamiyyət və işçi münasibətləri proseslərinin qanunvericiliyə uyğun idarə olunmasına nəzarət etmək;
  • Əmək və icra intizamı halları üzrə düzgün sənədləşməni təmin etmək;
  • Əmək haqqı, müavinət və son haqq-hesab proseslərinin düzgün və vaxtında icrasını təşkil etmək;
  • Qanunvericiliyə uyğunluğun təmin edilməsini təmin etmək;
  • Əməkhaqqı kartlarının sifarişi və idarə olunmasına nəzarət etmək; 
  • Bonus və motivasiya modellərinin hazırlanması, tətbiqi və avtomatlaşdırılmasına rəhbərlik etmək;
  • Bonusların ədalətli, vaxtında və şirkət siyasətinə uyğun hesablanmasını təmin etmək;
  • İnsan Resursları büdcəsinin hazırlanması, aylıq izlənməsi və hesabatlılığını təmin etmək; 
  • İşçi xərclərinin strateji planlara uyğunluğunu nəzarətdə saxlamaq; 
  • Vəzifə dərəcələndirmə sisteminin yaradılması və mütəmadi yenilənməsini təmin etmək;
  • Əməkhaqqı bazar araşdırmalarını aparmaq və uyğun təkliflər hazırlamaq; 
  • Tibbi sığorta, idman xərcləri və digər sosial imtiyazların koordinasiyasını təmin etmək; 
  • Outstaffing və digər HR tədarükçüləri ilə müqavilələrin idarə olunmasını təmin etmək;
  • Xidmət keyfiyyətinə və müqavilə şərtlərinə uyğunluğu nəzarətdə saxlamaq;
  • Əmək qanunvericiliyinə uyğunluğun təmin edilməsi və risklərin idarə olunması;
  • HR proseslərinin daxili və xarici sistemlərdə düzgün aparılmasını təmin etmək;  
  • HR əməliyyatlarının optimallaşdırılması və avtomatlaşdırılması üçün təşəbbüslər irəli sürmək
  • HR, əməkhaqqı və büdcə üzrə müntəzəm hesabatların hazırlanmasını təşkil etmək

Namizədə tələblər:

  • Ali təhsil: Biznesin idarəedilməsi, İqtisadiyyat, İnsan Resursları və oxşar sahələr üzrə;
  • Müvafiq sahədə 5 il iş təcrübəsi;
  • Azərbaycan dilini sərbəst bilmək, Rus və İngilis dili biliyi üstünlükdür;
  • Sahə üzrə sertifikatlarının olması üstünlükdür;

Bilik və bacarıqlar:

  • Əmək qanunvericiliyi üzrə dərin və praktiki biliklərı
  • Hesabatlılıq və məlumatların strukturlaşdırılmış şəkildə təqdim edilməsi bacarığı;
  • Güclü analitik təfəkkür, hesabatların hazırlanması və təhlili üzrə yüksək bacarıqlar;
  • Problemləri effektiv şəkildə təhlil etmə və optimal həll yolları təklif etmə;
  • Yüksək emosional zəka və insanlarla düzgün münasibət qurma bacarığı;
  • Aydın, səlis və peşəkar ünsiyyət qurmaq qabiliyyəti;
  • Komandada səmərəli işləmək və əməkdaşlığı təşviq etmək;
  • Etik davranış prinsiplərinə riayət və yüksək məsuliyyət hissi;

Bizim Təklifimiz

  • İnnovativ və dinamik şirkətdə liderlik rolu;
  • Şirkətin brend və kommunikasiya strategiyasını formalaşdırmaq imkanı;
  • Komanda işi və əməkdaşlığa əsaslanan mühit;
  • Tibbi sığorta (əməkdaşın və ailə üzvlərinin) geniş sığorta paketləri;
  • Korporativ Həyat Sığortası: Kritik xəstəliklərdən sizi təminat altına alan sığorta növü;
  • Davamlı peşəkar inkişaf imkanları;
  • “Dəyərlisən” platforması vasitəsilə təqdim olunan güzəşt və endirim imkanları.

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Head of Human Resources Operations Department

PASHA Insurance OJSC invites candidates to apply for the position of Head of Human Resources Operations Department and become a member of our professional team.

  • As the first Insurtech initiative in the insurance sector of our country, we are launching a digital transformation journey. Our mission is to redesign the future of insurance by combining innovation and trust and opening a new chapter in the industry.
  • If you want to be part of this transformation, increase the efficiency of HR operations, and build the future together with us, we would be pleased to see you in our team as the Head of Human Resources Operations.
  • In this role, you will lead and optimize the company’s HR operations (recruitment administration, onboarding, payroll, bonuses, benefits, employee relations, etc.), ensuring that all processes are carried out in compliance with legislation and at a high quality standard. This position offers an opportunity to make a significant contribution to the company’s digital transformation and effective management of human capital.

Brief Job Description:

  • Ensure the effective management, optimization, and continuous development of Human Resources operations in accordance with labor legislation, internal procedures, and strategic objectives.

Key Responsibilities:

  • Oversee the legal formalization of newly hired employees in compliance with labor legislation;
  • Ensure proper and systematic management of employee records and personnel files;
  • Monitor probation periods and ensure accurate documentation;
  • Ensure timely and accurate entry of HR operations into electronic systems;
  • Oversee the management of leave, business trips, and employee relations processes in line with legislation;
  • Ensure proper documentation related to labor discipline and compliance cases;
  • Organize accurate and timely payroll, allowances, and final settlement processes;
  • Ensure compliance with labor legislation;
  • Oversee the ordering and management of payroll cards;
  • Lead the development, implementation, and automation of bonus and incentive models;
  • Ensure fair, timely, and policy-compliant calculation of bonuses;
  • Prepare, monitor, and report on the HR budget on a monthly basis;
  • Monitor employee-related expenses in line with strategic plans;
  • Establish and regularly update the job grading system;
  • Conduct salary market research and prepare competitive proposals;
  • Coordinate medical insurance, sports expenses, and other employee benefits;
  • Manage contracts with outstaffing providers and other HR vendors;
  • Monitor service quality and compliance with contract terms;
  • Ensure labor law compliance and risk management;
  • Ensure accurate execution of HR processes in internal and external systems;
  • Initiate optimization and automation of HR operations;
  • Organize regular HR, payroll, and budget reporting.

Candidate Requirements:

  • Higher education in Business Administration, Economics, Human Resources, or related fields;
  • At least 5 years of relevant work experience;
  • Fluency in Azerbaijani; knowledge of Russian and English is an advantage;
  • Relevant professional certifications are an advantage.

Knowledge and Skills:

  • Strong and practical knowledge of labor legislation;
  • Ability to structure, analyze, and present data and reports effectively;
  • Strong analytical thinking and advanced reporting and analysis skills;
  • Ability to analyze problems and propose optimal solutions;
  • High emotional intelligence and strong interpersonal skills;
  • Clear, fluent, and professional communication skills;
  • Ability to work effectively in a team and promote collaboration;
  • High sense of responsibility and adherence to ethical standards.

What We Offer:

  • A leadership role in an innovative and dynamic company;
  • Opportunity to contribute to the company’s brand and communication strategy;
  • A collaborative and team-oriented work environment;
  • Comprehensive medical insurance packages for employees and their family members;
  • Corporate Life Insurance covering critical illnesses;
  • Continuous professional development opportunities;
  • Discounts and benefits offered through the “Dəyərlisən” platform.

Only candidates meeting the initial selection criteria will be contacted.

Interested candidates can apply by clicking the link provided in the "Apply" button.

  • Daily0
  • Weekly265
  • Monthly2207