Pasha Insurance Pasha Insurance
  • 106

Junior Frontend Developer

  • Deadline 10 December 2026

PAŞA Sığorta ASC namizədləri Junior Frontend Developer vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Junior Frontend Developer olaraq, məhsul komandamıza qoşulacaq və istifadəçi yönümlü tətbiqlərin hazırlanmasına, biznes funksionallıqlarının icrasına töhfə verəcək, texniki bilik və mühəndislik bacarıqlarını davamlı inkişaf etdirəcəksiniz. Bu rol, React və TypeScript istifadə edərək frontend tətbiqlərinin inkişafı və dəstəklənməsi, UI/UX dizaynlarının responsive interfeyslərə çevrilməsi, backend API-lərlə inteqrasiya və tətbiqlərdəki xətaların aradan qaldırılması kimi məsuliyyətləri əhatə edir.

Öhdəliklər

  • React və TypeScript istifadə edərək frontend tətbiqlərinin hazırlanması və dəstəklənməsi.
  • Məhsul tələblərinə uyğun biznes funksionallıqlarının hazırlanması.
  • UI/UX dizaynlarının responsive və əlçatan istifadəçi interfeyslərinə çevrilməsi.
  • Frontend tətbiqlərinin backend API-lərlə inteqrasiyası.
  • Tətbiqlərdəki xətaların müəyyən edilməsi və aradan qaldırılması.
  • Reusable component-lərin hazırlanması və mövcud shared library-lərdən istifadə edilməsi.
  • Mövcud frontend arxitekturasına, engineering standartlarına və best practice-lərə uyğun işlənilməsi.
  • Code review və automated testing proseslərində iştirak edilməsi.
  • Product, Design, Backend və QA komandaları ilə əməkdaşlıq edilməsi.
  • Texniki biliklərin və mühəndislik bacarıqlarının davamlı inkişaf etdirilməsi.

Bilik və Bacarıqlar

  • HTML, CSS və JavaScript üzrə yaxşı biliklər.
  • TypeScript üzrə fundamental biliklər.
  • React ilə praktiki iş təcrübəsi.
  • Component-based architecture və state management üzrə anlayış.
  • REST API və HTTP protokolu üzrə fundamental biliklər.
  • Responsive web design prinsipləri üzrə biliklər.
  • Git və version control prosesləri üzrə fundamental biliklər.
  • Problem-solving, kommunikasiya və komandada işləmək bacarıqları.
  • Öyrənməyə və feedback-ə açıq olmaq.
  • Dil bilikləri: Azərbaycan, İngilis

Təhsil və Təcrübə

  • Frontend development üzrə 1+ il iş təcrübəsi və ya ekvivalent praktiki təcrübə.
  • Ali təhsil.

Biz Sizə Təklif Edirik

Dəyər yaradan işlər

  • Qərarların qəbulunda iştirak etmək, dəyişikliklərə təsir göstərmək və şirkətin uğuruna töhfə vermək imkanı.

Birlikdə güclənən komanda

  • Peşəkar, dəstəkləyici və əməkdaşlığa açıq komanda mühitində çalışma imkanı.

Davamlı inkişaf imkanları

  • Yeni biliklər əldə etmək, təcrübənizi zənginləşdirmək və peşəkar inkişafınızı davam etdirmək üçün geniş imkanlar.

Etimada əsaslanan iş mühiti

  • Fikirlərinizə dəyər verilən, təşəbbüslərinizin dəstəkləndiyi və inkişafınıza investisiya qoyulan iş mühiti.

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

  • Daily0
  • Weekly366
  • Monthly1838