Korporativ satış üzrə kiçik mütəxəssis

  • Deadline 16 November 2025

VƏZİFƏ VƏ ÖHDƏLİKLƏR

  • Yeni və mövcud korporativ müştərilərlə əlaqələrin möhkəmləndirilməsi və yaxşılaşdırılması, potensial müştərilər arasında şirkətin məhsullarını və xidmətlərinin yayılması
  • Şirkətə müraciət edən müştərinin məlumatlandırılması üçün keyfiyyətli informasiya xidmətinin təqdim edilməsi
  • Müştərilər tərəfindən ərizə formasının doldurulmasına, tarif dərəcəsini və sığorta şərtlərini müəyyənləşdirmək üçün müştəri barədə əlavə məlumatların toplanaraq Anderraytinq şöbəsinə təqdim olunması
  • Ərizə formasını vaxtında Anderraytinq şöbəsinə təqdim edib müəyyən edilmiş müddətdə hazır sığorta müqavilələrinin və sığorta şəhadətnamələrinin geri götürülməsi
  • Sığorta müqaviləsinin vaxtında müştəriyə təqdim edilməsi, sığorta təklifinin detalları və şərtləri barədə ətraflı təlimatlandırılması
  • Mütəmadi olaraq müəyyən edilmiş müddətdə sığorta haqlarının müştərilər tərəfindən ödənilməsinin yoxlanılması və nəzarət edilməsi, eləcədə birbaşa tabe olduğu menecerin rəhbərliyi altında sığorta haqlarının ödənilməsi barədə zəruri məlumatların Maliyyə departamentinə təqdim edilməsi
  • Potensial müştərilərlə aparılan görüş və danışıqların, göndərilən/təqdim olunan təkliflərin, sığorta şərtlərinin, görüş və danışıqların nəticələrinin məlumat bazasında gündəlik olaraq qeyd edilməsi və şöbə rəhbərinə təqdim edilməsi

BİLİKLƏR

  • Biznes və ya marketinq sahəsində ali təhsil
  • Dil bilikləri: Azərbaycan, rus və ingilis dillərində sərbəst danışmaq və yazmaq bacarığı
  • Microsoft Office (Outlook, Word, Excel, Powerpoint və s.) bilikləri
  • Satış və sığorta sahəsində ən azı 1 il təcrübə

BACARIQLAR

  • Təşəbbüskarlıq
  • Ünsiyyət qurmaq bacarığı
  • Çalışqan olmaq
  • Öhdəliklərinə məsuliyyətli olmaq
  • Dəqiqlik
  • Fikirlərini aydın izah edə bilmək
  • İşgüzar məktubları yüksək səviyyədə tərtib edə bilmək
  • Yaranmış vəziyyətlərə çevik reaksiya vermək
  • Problemli vəziyyəti həll etmək
  • Komandada işləmək
  • Təklif olunan məhsulun satışını təmin etmək bacarıqları

Maraqlanan namizədlər Müraciət Et düyməsində göstərilən link üzərindən müraciət edə bilərlər. Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

  • Daily0
  • Weekly591
  • Monthly1587