Korporativ sığorta şöbəsinin rəhbəri

  • Истекает 26 февраль 2026

“PAŞA Sığorta” ASC namizədləri Korporativ sığorta şöbəsinin rəhbəri vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Vəzifə öhdəlikləri:

  • Portfeldə olan bütün korporativ müştərilər üzrə satış strategiyasının təhlili, hazırlanması və icrasını təmin etmək, həmçinin korporativ portfel üzrə risklərin təhlili və balanslaşdırılması.Yeni və mövcud layihələr üzrə satış strategiyasının hazırlanması, planların və layihələrin həyata keçirilməsi;
  • Şöbənin illik satış planının tərtib olunması, həmçinin şöbə üzrə büdcənin və hədəflərin müəyyən edilməsi. Tabeliyində olan əməkdaşların ƏFG bölgüsünün aparılması, əməkdaşların satış planlarına və məqsədlərinə uyğun şəkildə satışları icra etməsinə nəzarətı;
  • Bazar trendlərinin daim diqqətdə saxlanılması, rəqiblərin və müştəri ehtiyaclarının təhlili;
  • Yeni məhsul və xidmətlərin təşəbbüskarı olmaq, inkişafında iştirak etmək və təkmilləşdirmək üçün daim rəylər bildirmək;
  • Böyük və strateji korporativ müştərilərlə birbaşa danışıqların aparılması;
  • Mövcud müştərilərlə uzunmüddətli əməkdaşlığın qorunması və portfelin böyüdülməsi.Cross-sell və up-sell imkanlarının müəyyən edilməsi;
  • Müştərilər tərəfindən daxil olan sorğuları düzgün təhlil edərək, sığorta ehtiyyaclarının müəyyən olunması, dəyərləndirilməsi,həmçinin şirkət daxilində müvafiq istiqamətlərə sorğuların yazılması və yekun təklifin və ya sığorta şəhadətnaməsinin son istehlakçıya təqdim olunması prosesinə nəzarət;
  • Potensial müştərilərlə aparılan görüş və danışıqları, göndərilən/təqdim olunan təklifləri, sığorta şərtlərini, görüş və danışıqların nəticələrinin məlumat bazasında gündəlik olaraq qeyd edilməsinə nəzarət;
  • Korporativ satış menecerlərinin iş fəaliyyətinə nəzarət edilməsi.İş bölgüsünün təhlil əsasında aparılması, KPİ-ların müəyyən edilməsi və performansın ölçülməsi. Eyni zamanda əməkdaşların fəaliyyət istiqamətini nəzərə alaraq düzgün planlama ilə tövsiyyələrin verilməsi və nəticənin izlənilməsi;
  • Komanda üzvlərinin təlim ehtiyyaclarının müəyyən olunması, inkişaf istiqamətlərinin təhlil olunması və bu istiqamətdə gərəkli motivasiyanın təmin olunması;
  • Əlaqəli istiqamətlərlə düzgün kommunikasiyanın qurulması, effektiv əməkdaşlığın təmin olunması, düzgün geri dönüşlərin verilməsi;
  • Problemli müştərilər, zərərli portfel üzrə və ya müqavilə üzrə qərarların verilməsi;
  • Korporativ müştərilər, brokerlər və tərəfdaşlar ilə olan münasibətlərin qurulması və mövcud münasibətlərin genişləndirilməsi, həmçinin şirkəti müştərilər, brokerlər və tərəfdaşlar qarşısında təmsil etmək;
  • Daxili prosedur və qaydalara əməl olunmasının təmin edilməsi;
  • Birbaşa rəhbərin digər tapşırıqlarının yerinə yetirilməsi.

Biliklər:

  • Ali təhsil: Maliyyə, Biznes,İqtisadiyyat və ya oxşar sahə üzrə;
  • CII sertifikasiyası üstünlükdür;
  • Kompyuter bilikləri: Peşəkar səviyyədə MS Office proqramlarından istifadə bacarığı;
  • Dil bilikləri: Azərbaycan və Rus dilləri yüksək, İngilis dili üzrə orta səviyyədə biliklərin olması;
  • Sığorta Qanunvericiliyi üzrə biliklərə sahib namizədlərə üstünlük verilir.

Təcrübə:

  • Sahə üzrə ən azı 5 il, rəhbər olaraq 2 il iş təcrübəsi tələb olunur.

Bacarıqlar:

  • Güclü liderlik və komanda idarəetməsi bacarıqları;
  • Yüksək analitik düşüncə və qərarvermə bacarığı;
  • Məsuliyyətlilik, dəqiqlik və strukturlaşdırılmış iş tərzi;
  • Məxfilik və etibarlılıq;
  • Təşkilatçılıq və planlaşdırma bacarığı;
  • Effektiv kommunikasiya və təqdimat bacarıqları;
  • Proaktivlik və təşəbbüskarlıq;
  • Stressə davamlılıq və çoxsaylı proseslərin paralel idarə olunması bacarığı.

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

  • Daily107
  • Weekly265
  • Monthly2207