Mobil Proqramçı

  • Deadline 24 İyul 2025

Mobil Proqramçı vəzifəsinin əsas məqsədi PAŞA Sığorta-nın mobil tətbiqlərinin yüksək keyfiyyətlə hazırlanması, test edilməsi və sazlanmasını təmin etməkdir. Namizəd informasiya sistemlərinin inkişafı, texniki dəstəyi və məhsul yönümlü yanaşma ilə innovativ həllərin tətbiqində aktiv rol oynayacaq.

Vəzifə öhdəlikləri

  • Texniki dəstək – Mövcud informasiya sistemlərinin texniki dəstəyi və inkişafı;
  • Problemlərin həlli – Sistemlərdə yaranan nasazlıqlara çevik reaksiya və pozuntuların aradan qaldırılması üzrə tədbirlərin görülməsi;
  • Məlumatların yoxlanması – Sistem məlumatlarının bütövlüyünün və bərpasının təlimata uyğun yoxlanılması;
  • Üçüncü tərəflərlə iş – Yeni sistemlərin tətbiqində və yaradılmasında üçüncü tərəf təşkilatlarla koordinasiyalı fəaliyyət;
  • Digər – Birbaşa rəhbərin verdiyi digər İT infrastrukturu ilə bağlı tapşırıqların yerinə yetirilməsi.

Təhsil və ixtisas

  • Ali təhsil (bakalavr)

Sertifikatlar

  • Arzuolunandır

İş şərtləri

  • Müvafiq sahədə minimum 2 il iş təcrübəsi

Bilik və bacarıqlar

Texniki Bacarıqlar

  • Flutter və Dart – orta və irəli səviyyədə bilik
  • State management alətləri ilə işləmək bacarığı (Riverpod, flutter_bloc və s.)
  • Modular arxitektura tətbiqlərinin qurulması (Flutter Modular, Clean Architecture)
  • RESTful və GraphQL API-lərlə mürəkkəb inteqrasiyaların həyata keçirilməsi
  • Firebase modulları ilə geniş təcrübə (Functions, Messaging, Analytics)
  • Local və Push Notification texnologiyalarının qurulması
  • UI/UX dizayn prinsiplərinə uyğun layout-ların yaradılması
  • Performans optimizasiyası və kod bölünməsi (code splitting)
  • Testlərin yazılması: Unit və Widget testlər (Mockito, flutter_test)

Davranış Bacarıqları

  • Planlama və təşəbbüskarlıq
  • Analitik düşüncə
  • Özünümotivasiya və nəticə yönümlü yanaşma
  • Tapşırıqları vaxtında və düzgün icra etmək bacarığı
  • Komanda ilə effektiv əməkdaşlıq

Dil bilikləri

  • Azerbaijani, English

Zəhmət olmasa, müraciət etdiyiniz vəzifənin adını “mövzu” bölməsində qeyd etməklə CV-nizi Müraciət et düyməsində qeyd olunan link ünvanına göndərin.

  • Daily23
  • Weekly409
  • Monthly2157