PAŞA Sığorta ASC namizədləri Satınalma üzrə baş mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Satınalma üzrə Baş mütəxəssis şirkətin satınalma fəaliyyətlərinin effektiv idarə olunmasına cavabdehdir. Bu vəzifə RFx proseslərinin təşkili, müqavilələrin hazırlanması və danışıqların aparılması, təchizatçı münasibətlərinin idarə edilməsi, satınalma risklərinin azaldılması və xərclərin optimallaşdırılmasını əhatə edir. Satınalma üzrə baş mütəxəssis satınalma strategiyalarının həyata keçirilməsi, təchizatçı performansının monitorinqi, illik satınalma planının hazırlanması və ödəniş proseslərinə nəzarətdə aktiv rol oynayacaq. Vəzifə güclü analitik düşüncə, danışıqlar aparmaq bacarığı, satınalma və təchizat zənciri sahəsində təcrübə, eləcə də biznes hədəflərinə uyğun qərarvermə qabiliyyəti tələb edir.
Öhdəliklər
- Şirkətin satınalma prosedurlarına uyğun olaraq təkliflər sorğusu (RFx) proseslərinin aparılması;
- Spesifikasiyalar, şərtlər və qiymətləndirmə meyarları daxil olmaqla hərtərəfli RFx sənədlər toplusunun hazırlanması;
- Riskləri minimuma endirmək üçün müqavilə layihələrinin hazırlanması, danışıqların aparılması və müqavilə strategiyasının idarə edilməsi;
- Təchizatçıların effektiv idarə edilməsi, yeni potensial təchizatçıların müəyyən edilməsi və qiymətləndirilməsi;
- Təchizatçıların performansı və razılaşdırılmış xidmət səviyyələrinə uyğunluğunun izlənilməsi;
- Biznes hədəflərinə uyğun olaraq İllik Satınalma Planının hazırlanmasında digər komandalarla əməkdaşlıq;
- Hesab-fakturaların vaxtında təqdim edilməsinə və ödənişlərin həyata keçirilməsinə nəzarət.
Bilik və Bacarıqlar
- MS Office proqramlarında (xüsusilə MS Excel üzrə yüksək səviyyədə) sərbəst işləmə bacarığı;
- 1C və ERP sistemləri (Oracle və ya SAP) ilə iş təcrübəsinə üstünlük verilir;
- İKT malları və xidmətlərinin satınalınması sahəsində təcrübəyə üstünlük verilir;
- Güclü yazılı və şifahi ünsiyyət bacarıqları;
- Detallara qarşı yüksək diqqət və dəqiqlik;
- Təşəbbüskarlıq və proaktiv problem həll etmə bacarığı;
- Analitik düşünmə və məlumatlara əsaslanan qərar vermə qabiliyyəti;
- Keyfiyyəti İdarəetmə Sisteminin ISO 9001 standartı üzrə biliklər;
- Tenderlərin keçirilməsi və risklərin idarə edilməsi təcrübəsi;
- Dil bilikləri: Azərbaycan, İngilis, Rus
Təhsil və Təcrübə
- Ali təhsil (Biznes, İqtisadiyyat, Mühəndislik və ya əlaqəli sahələr üzrə);
- Satınalma və ya təchizat zənciri sahəsində minimum 5 il iş təcrübəsi;
- CIPS sertifikatına üstünlük verilir.
Bizim Təklifimiz
- Peşəkar inkişaf və karyera yüksəlişi imkanları;
- Rəqəmsal və innovativ layihələrdə iştirak etmək fürsəti;
- Performansın şəffaf və ədalətli qiymətləndirilməsi;
- Dəstəkləyici və peşəkar komanda mühiti;
- “Great Place To Work” sertifikatlı şirkətdə çalışma imkanı.
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.